Xəbər lenti

EurAsia Daily, 12.11.2018

 

Təşkilatçılar Ermənistan paytaxtı İrəvanda noyabrın 15-18-ə planlaşdırılan on birinci “Şərqi Avropa və Mərkəzi Asiyanın LGBT xristianları” forumunu təhdidlər fonunda ləğv etməli olublar. Bunu Amerikanın hökumət fondlarına bağlı olan “Eurasianet” nəşri xəbər verir. Məqalə müəllifi Ani Meclumyan gileylənir: “Eşitmək çox pisdir ki, LGBT hökumət (Ermənistan-red.) üçün başağrısıdır”.

Bu arada Rusiya politoloqu, Ən yeni dövlətlər beynəlxalq institutunun direktoru Aleksey Martınov əmindir ki, Ermənistan hökuməti üçün bu “başağrısı” təsadüfən meydana çıxmayıb. O, noyabrın 10-da “Vesti FM” dövlət radiostansiyasının efirində xatırladıb ki,  təşkilatçıların öz niyyətlərindən imtina qərarı İrəvanda yetərincə kütləvi etiraz yürüşündən sonra alınıb. Martınov deyib: “İnsanlar, doğrudan da, dərindən sarsılıblar”.

Rusiya eksperti eyni zamanda əmindir ki, LGBT təbliğatı “Avropanın qalan hər cür dəyərləriylə bir dəstdə” gedir. Rusiyalı ekspert əmindir: “Eynilə yoldaş Sorosun kitabında yazıldığı kimi. Bax, bu istənilən belə inqilabla zərfdə gələn hamiləlikdir… Bu, xarici düşüncə fabriklərinin necə işləməsi, sovetsonrası məkanda sonradan bizə qarşı da yönəldiləcək bu və ya başqa üsulun necə modelləşdirilməsidir… ABŞ-ın xarici təsir sistemi belə qurulub. Onlar Ermənistan, Ukrayna, Gürcüstan və ya Qırğızıstan üçün özəl əhvalat düşünmürlər. Vahid üsulciyəz və onda LGBT ünsürü hökmən var”.  

Aleksey Martınov habelə Nikol Paşinyanın 2018-ci ildə Ermənistanda bestsellerə çevrilmiş “Yer kürəsinin o biri üzü” avtobioqrafik romanının məşhurlaşmış fraqmentini də şərh edib (Oxucularımızı bu fraqmentlə bu günki  buraxılışımzda tanış edəcəyik-red.). Rusiya ekspertinin fikrincə, təqdim edilən parçadakı düşüncələr Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyana vəzifəsinə başa gələn məşhur “Savaş, yoxsa barışıq? Daha ciddi olmağın vaxtıdır” məqaləsinin tezislərilə səsləşir. O, radiostansiyanın efirində deyib: “Mayn-kampf”la (Adolf Hitlerin “Mənim qovğam” əsəri-red.) yoldaş Marksın manifestinin müəyyən qarışığı. Gələcək, erməni xalqının böyüklüyü haqda düşüncələr. Və elə oradaca səliqəli naxışlanıb və Ter-Petrosyanın – Paşinyana keçmişdə iş verənin, bax, bu mübahisəli rayonları sülh naminə, Qarabağ ətrafındakı təhlükləsizlik qurşağını  Azərbaycana verməyin gərəkdiyi haqda qalmaqallı məqaləsilə son dərəcə həmqafiyədir.

Söhbət bu rayonların ermənilərin olduğundan gedirsə, yeri gəlmişkən, heç kim demir ki, bu rayonlar ermənilərindir, amma bura təhlükəsizlik qurşağıdır, həyat yoludur! Bu rayonlar Dağlıq Qarabağ Respublikasının tanınması əvəzində Azərbaycanın yurisdiksiyasına qaytarılsa, bu, bir tarixdir, onda Nikol Paşinyan Böyük Tiqranla bir sırada durur. Amma diqqəti təkcə buna yönəltmək istərəm ki, Azərbycan, sadəcə, bu haqda danışmaq istəmir, sakitcə gicgahını ovuşdurur, cənab Paşinyanın nəyi nəzərdə tutduğunu anlamır…

Pat vəziyyəti alınır. Bir yandan – yoldaş Boltonun fars aksentiylə xeyir-dua verdiyi erkən parlament seçkiləri, o biri yandan tədricən böhrana sarı yön götürən gerçək iqtisadi və siyasi durum. Seçkilər yaxınlaşdıqca vəziyyət daha da ağırlaşır. Seçkilər dekabrda olacaq. O, olacaq. Heç kim şübhə etmir. Aydındır ki, Paşinyan öz tərəfdarlarilə ABŞ-ın belə dəstəyi ilə seçkiləri udacaq. Öz legitimliyini bərkidəcək. Bəs sonra? Ölkədə pul yoxdur. Erməni tacirləri gözlənilməz nəticələrlə belə bir dolaşıq duruma yatırım qoymağa tələsmir. Mən istisna etmirəm ki, onlar bütün bi işləri ya hərbi ssenariyə aparır, ya da artıq amerikalı həmkarlarımızdan soruşmaq lazımdır ki, beyinlərindəki plan hansıdır, ya da ABŞ müharibə vasitəsilə deyil, Qarabağın özündə fiziki iştirakla, sadəcə, məkan tutacaq və bu nöqtədən də nüfuz yayacaq”.

EADaily-nin müxbiri  telefon söhbətində Aleksey Martınovdan Dağlıq Qarabağ münaqişəsi zonasında durumun inkişafına dair düşüncələrini ayrıntılamağı xahiş edib.

EADaily-nin müxbiri: Siz “məsələnin mümkün hərbi ssenari”yə (Ermənistan tərəfindən?) aparılmasından danışmısınız? Məlum olduğu kimi, 2016-nın aprelində münaqişənin son qanlı eskalasiyasını (aprel müharibəsini) Azərbaycanın törətdiyi diqqətə alınarsa, bu, yetərincə qəribə bəyanatdır!

Aleksey Martınov: 2016-nın aprelindən təkcə Ermənistanda daxili-siyasi durum deyil, həm də bunun nəticəsində Cənubi Qafqazda qüvvələr bölgüsü dəyişilib. Mən əvvəllər artıq demişəm ki, amerikalılar bu ilin yazındakı məxməri deyilən inqilab vasitəsilə bölgədə öz siyasətlərinin episentrini Tiflisdən İrəvana keçiriblər. Məqsəd: Suriyadakı hərbi-siyasi təsiri qaytarmağa uzaq hədəflə Cənubi Qafqaz bölgəsi üzərindən Türkiyə və İrana təsir etmək. Faktiki olaraq söhbət RF SQ-nin SƏR ordusu, habelə İran hərbi birləşmələriylə birgə ancaq başqa strateji nöqtələrdə ləğv edilmiş İŞİD-in bərpası və SƏR-də müharibənin təzələnməsindən gedir. Belə bir planın gerçəkləşdirilməsi Azərbaycanın qarışdırılması zamanı mümkündür. Qarabağ münaqişəsinin həll olunmaması həmişə barıt fitili olacaq – onu yandırmaqla həm Ermənistanda, həm də Azərbaycanda durumu partlatmaq mümkündür. Bu gün məhz amerikalılar ciblərində kibrit bütün bunların başında fırlanırlar.

Siz düşünürsünüz ki, Nikol Paşinyan hökuməti amerikalıların belə dağıdıcı planı gerçəkləşdirmələrinə şərait yaradacaq? Amma hansı şəkildə?

-Ümid edirəm ki, xeyr! Kiminsə qızğın qafasında Qarabağda müharibə törətmək olar fikri – məsələn, “Məni ərazini verməyə vadar edirlər!” bağırtısıyla danışıqlar prosesindən tullanıb çıxmaq, Azərbaycanı “qanlı təcavüzkar” adlandırmaq, KİV-lərdən tutmuş nüfuzlu beynəlxalq təşkilatlar və siyasi liderlərə qədər bütün itləri onun üzərinə buraxmaq, Bakıda hakimiyyəti dəyişmək, İran, Türkiyə və Rusiyada uyğun qıcıq doğurmaq, sonra isə Ermənistanı zərbə altından çıxartmaq … – möhkəmlənirsə, bu adamların özlərinin  məsuliyyət ölçüsü üzərində möhkəm düşünməyi, “yoldaş Canavar”ın hələ heç bir münaqişəni söndürmədiyi, istisnasız olaraq öz milli maraqlarına yön götürərək ancaq ağırlaşdırdığını xatırlamağı gərəkdir.

Göstərilən bölgədə bu gün onların marağı, barəsində açıq danışılan İran, Türkiyə (bu haqda danışılmır) və əməliyyat meydanı kimi möhkəmlənərək həm Türkiyəyə, həm İrana, həm də Rusiyaya ağrılı şəkildə təsir etdilməsi mümkün olan Azərbaycandır. Azərbaycana giriş isə Paşinyanın Əliyevə vəd etdiyi “inqilab ixracı”, Qarabağ münaqişəsinin eskalasiyası və Azərbaycan rəhbərliyinin iqtisadi sanksiyalardan tutmuş cinayət təqibinədək ən amansız mühakiməyə layiq “qanlı təcavüzkar”a döndərilməsi vasitəsilədir.

Aydındır ki, durumun sözügedən inkişafı heç kim üçün məqbul deyil: nə məlumatsızlıqda olan və LGBT yığnağının iştirakıyla şou qatılan coşğun daxili-siyasi proseslərin diqqətini  yayındırdığı Ermənistan xalqı üçün, nə də Azərbaycan xalqı üçün. Əbəs deyil ki, KTMT sammitlərinin gündəliyinin “diqqətlə öyrənilməsi” haqda bəyanatlar son zamanlar məhz Bakıdan getdikcə daha israrla səslənir, İlham Əliyevin təşkilat başçılarının Astana sammitinə baş çəkməyə hazır olduğu haqda məlumat da var idi ki, bu da Ermənistanın mövqeyi üzündən baş tutmayıb. Aşkardır ki, Azərbaycan öz SQ-nin önəmli imkanlarına baxmayaraq, Dağlıq Qarabağda durumun inkişafında təhlükə görür.

Razılaşın, durum Moskvanın mühüm səylərinin, birinci növbədə, təcavüzün aradan qaldırılmasına yönəldiyi 2016-nın aprelidəkindən kökündən fərqlənir. Yeri gəlmişkən, ehtimal cəsarətindəyəm ki, KTMT-nin dekabrın 6-a planlaşdırılmış sammitində sürprizlər olacaq. Məsələn, Nikol Paşinyan dekabrın 9-a təyin edilmiş erkən parlament seçkiləri üzündən gəlməyə bilər. Bununla yanaşı, tamamilə gözlənilən daxili-siyasi vəziyyət səfərə bütünükdə mane olmayacaq. Hər şeydən göründüyü üzrə, KTMT baş katibi səlahiyyətlərinin Ermənistan təmsilçisindən əlifba üzrə növbəti Belarus təmsilçisinə keçməsini Ermənistan prezidenti Armen Sərkisyan müşahidə etməli olacaq.

Bəli, bu, ölkənin maraqları üçün çox da xoş prosedur olmayacaq. İstisna deyil ki, bu fakt Nikol Paşinyan tərəfindən (nizamnaməyə əsasən) Ermənistanın hüquqlarına toxunmaq kimi yozulacaq. Amma gerçəklik bundan ibarətdir ki, İrəvan KTMT baş katibinin geri çağırılması prosedurunu pozaraq fəaliyyətdə olan baş katibi cinayət işinin fiqurantı edib, qalmaqal törədib və KTMT-nin beynəlxalq imicinə ziyan vurub.

Tərcümə Strateq.az-ındır.

 

 




Ana səhifəyə qayıt        Baxış: 460          Tarix: 13-11-2018, 15:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma