Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
KmetroO, İtaliya 02.03.2021 Müəllif: Alessandro Luonqo Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə Xocalı qətliamına, o cümlədən Ermənistanın ötən ilki müharibədəki əməllərinə ədalətli yanaşma istəyir. Səfir Məmməd Əhmədzadə “Kmetro0”ya müsahibəsində Azərbaycanın işğaldan azad olunmuş torpaqlarda həyata keçirilməsi nəzərdə tutulan böyük layihələrdən danışıb. Onun sözlərinə dörə, həmin ərazilərdə “ağıllı şəhərlər”in salınmasından tutmuş, turistik mərkəzlərin yaradılmasınadək bir çox böyük layihədə, Azərbaycanın iqtisadi sahədə strateji tərəfdaşı olan İtaliya da iştirak edəcək. Diplomat ölkəsinin İran, Türkiyə, Rusiya və “köhnə qitə”nin müxtəlif dövlətləri ilə sıx münasibətlərindən də söz açıb, eyni zamanda, ərəb ölkələri ilə də əlaqələrin yüksək səviyyədə olduğunu söyləyib. Səfir deyir ki, Azərbaycan öz coğrafi mövqeyinə görə əslində, Şərqlə Qərb arasında körpüdür. Bu mənada, Bakı mədəniyyətlərarası dialoqun təbliğçisi kimi də çıxış edir. - Bu günlərdə Xocalı qətliamının 29-cu ildönümü qeyd olunur. Bu tarix sizin üçün nə ifadə edir? - 1992-ci il fevralın 26-na keçən gecə ölkəmiz tariximiz boyu görməsidi faciəni yaşayıb. O dövrdə torpaqlarımız ermənilər tərəfindən işğal olunur, talan edilirdi. Belə günlərdən birində ermənilər Xocalı şəhərinə hücum edərək, 613 mülki şəxsi qətlə yetirib. Bu, Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli anıdır. Bu gün həmin tarix daha dərin məna daşıyır. Bildiyiniz kimi, ötən ilin sonlarında baş vermis 44 günlük Vətən Müharibəsi Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə nəticələnib. Amma ermənilər 44 günlük müharibə zamanı da döyüşlərin getdiyi bölgədən uzaqda yerləşən şəhərlərimizi, kəndlərimizi, ordakı mülki əhalini hədəf alıb, nəticədə 100-dən çox dinca sakinimiz həlak olub, 423 nəfər yaralanıb. Bu, həm də Xocalı soyqırımını törətmiş şəxslərin hələ də cazasız qalmasının nəticəsi idi. Halbuki, Xocalıda baş vermis qətliam əsl soyqırımı aktıdır. Odur ki, biz israrla həmin hadisələrlə bağlı ədalətin bərqərar olmasını tələb edirik. - Qeyd etdiyiniz kimi, Azərbaycan bu yaxınlarda işğal altındakı ərazisinin böyük hissəsini geri qaytarıb. Həmin ərazilərin taleyi necə olacaq? - İşğaldan azad edilmiş torpaqlarda yenidənqurma işlərinə birbaşa nəzarət edən prezidentimiz də bildirib ki, “biz bu əraziləri cənnətə çevirəcəyik”. Dövlət başçısının bu sözləri hər kəsi qürurlandırır, eyni zamanda, bu yolda vuruşmuş insanlara minnətdarlıq hissi aşılayır. Ermənilərin apardıqları etnik təmizləmə nəticəsində ev-eşiyini itirmiş həmvətənlərimiz 27 il sonra, nəhayət, öz torpaqlarına qayıdacaqlar. Bu ərazilərdə alternativ enerjidən istifadəyə xüsusi diqqət yetiriləcək. Orada mühim turistik mərkəzlər, “ağıllı şəhər”lər, “ağıllı kəndlər” salınacaq. Artıq hava və quru yolu ilə daşınmalara zəmanət verəcək logistika layihələri haqda müzakirələr gedir. Bu ərazilər Azərbaycan mədəniyyətinin beşiyi kimi, bərpa olunacaq, orada bütün mədəniyyətlərə və dinlərə hörmətlə yanaşılacaq. Uzun illərdən sonra ən önəmli incilərimizdən sayılan Şuşa şəhəri də işğaldan azad edilib və Azərbaycan mədəniyyətinin paytaxtı elan olunub. Bu da həmin ərazilərin ölkəmiz üçün nə qədər önəmli olduğunu göstərir. - Beləliklə, indi prioritet bu ərazilərin yenidən qurulması və qaçqınların evlərinə qayıtmasıdır. Bəs yenidənqurma işlərində avropalı tərəfdaşlarınız da iştirak edəcəkmi? - Bəli, qaçqınların geri qaytarılması əsas prioritetimizdir. Bu münaqişə nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Bu, 10 milyonluq ölkə üçün olduqca yüksək rəqəmdir. Təəssüf ki, Ermənistan işğaldan sonra həmin torpaqları yerlə-yeksan edib. Onlar başqa ölkələrdən gəlmiş erməniləri qeyri-qanuni şəkildə həmin ərazilərdə məskunlaşdırmışdılar. Ötən illər ərzində işğal altındakı torpaqlarımızda Azərbaycana aid mədəni və tarixi irs nümunələri ya məhv edilib, ya da saxtalaşdırıb. Nəhayət, Azərbaycan geri qayıtmağa hazırlaşan vətəndaşlarımız üçün dinclik və rifah gətirəcək şəraitin təmini üçün yenidənqurma işlərinə start verib. Bu prosesə dost dövlətlər də qatılır. Onların arasında əlbəttə ki, strateji tərəfdaşlıq bağlarımızın olduğu İtaliya da var. Bəzi italyan şirkətləri ilə artıq müvafiq razılaşmalar əldə olunub. Ümid edirik ki, bu prosesə daha çox tərəfdaşımız cəlb ediləcək. - Diplomatiya sayəsində Avropada, xüsusilə İtaliyada ciddi işlər görmüsünüz. Qeyd etdiyiniz layihələrin icrası ilə bağlı hansısa yeni komunikasiya modeli işlənib hazırlanıbmı? - Təşəkkür edirəm. Bəli, çox işlər görmüşük, amma bu, bizim üçün çətin deyildi. Çünki həqiqət hər zaman bizim tərəfimizdə olub. Odur ki, mesajımız da konkret idi. Həqiqətdən danışarkən unikal mesaj vermək lazımdır. Məqsədimiz hər zaman Azərbaycanın torpaqları işğal edilmiş, işğal olunmuş rayon və kəndləri viran qoyulmuş, əhalisi etnik təmizləməyə məruz qalmış ölkə olduğunu dünyaya çatdırmaq idi. Bu gün isə məqsədimiz dünyaya işğaldan azad edilmiş ərazilərimizdə də bütün mədəniyyətlərə, bütün dinlərə hörmət olunacağını çatdırmaqdır. Azərbaycan çoxmədəniyyətli, çoxmillətli ölkədir və bunu bütün dünya bilməlidir. - Azərbaycanın Türkiyə, Rusiya və Avropa ölkələri ilə münasibətləri haqda nə deyə bilərsiniz? Azərbaycan-Rusiya münasibətlərində hansısa dəyişiklik varmı? - Azərbaycan müstəqilliyini bərpa etdiyi andan öz milli maraqlarına uyğun olaraq, yaxın qonşuları ilə, həmçinin digər dövlətlərlə yaxşı münasibətlər qurmağa çalışıb. Bu ölkələr arasında Türkiyə, sözsüz ki, yalnız strateji tərəfdaş yox, həm də bizə dost, qardaş ölkədir. Strateji tərəfdaşımız olan Rusiya ilə də çox yaxşı əlaqələrimiz var. Bu da onun bölgədə sabitliyin qorunması üçün göstərdiyi səylərdən irəli gəlir. Avropaya gəlincə, Bakını “köhnə qitə” dövlətləri ilə bir sıra strateji layihələr birləşdirir. Bundan başqa, biz Avropa İttifaqı üzvlərinin üçdə biri ilə strateji tərəfdaşlıq müqaviləsi imzalamışıq. - Bəs İran? - Azərbaycan-İran münasibətləri də mehriban qonşuluq şəraitində inkişaf etməkdədir. Son illərdə iki ölkə siyasi, iqtisadi, nəqliyyat və enerji sahələrində əməkdaşlıq baxımından olduqca müsbət nəticələr əldə edib. - Bəs Azərbaycanın ərəb ölkələri ilə münasibətlərini necə qiymətləndirirsiniz? - Bakı ərəb ölkələri ilə də əlaqələrin inkişafına böyük önəm verir. Bu münasibətlər istər ikitərəfli əsasda, istər İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla, beynəlxalq və regional təşkilatlar çərçivəsində gündən-günə inkişaf edir. Bilirsiz, Azərbaycan öz coğrafi mövqeyinə görə Şərqlə Qərb arasında körpüdür. Bu mənada o, mədəniyyətlərarası dialoqun təbliğçisidir. - Gəlin iqtisadiyyatdan, bu sahədə İtaliya və ümumilikdə Avropa ilə münasibətlərinizdən danışaq. Enerji sahəsində rəqibləriniz varmı (türklər, almanlar və s.)? Ümumiyyətlə, enerji daşıyıcılarının tədarükü münasibətlərə necə təsir göstərir? - Konkret İtaliyadan danışsaq, ölkələrimiz arasında bütün sahələrdə əlaqələr çox yüksək səviyyədədir. Azərbaycan prezidentinin ölkənizə sonuncu dövlət səfəri zamanı çoxşaxəli strateji tərəfdaşlığın möhkəmləndirilməsinə dair Birgə Bəyannamə, habelə iqtisadi xarakterli çoxsaylı razılaşmalar daxil olmaqla, rekord sayda – 28 müqavilə imzalanıb. Azərbaycan qabaqcıl enerji tədarükçüsüdür. İtaliyanın əsas xam neft tədarükçüsü məhz Azərbaycandır. Bundan başqa, Avropaya qaz nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsi 2020-ci ildə istismara verilib. Onun sonuncu bəndi TAP boru xəttidir. Amma iqtisadi əlaqələr yalnız enerji tədarükü ilə məhdudlaşmır. Azərbaycan son illərdə müxtəlif layihələrin icrası ilə bağlı italyan şirkətləri ilə təxminən 10 milyard avroluq müqavilələr imzalayıb. Bizim Roma ilə münasibətlərimizdə “nou-hau”dan, ölkəmizdə inkişaf etməkdə olan aqrar sektordan, o cümlədən moda və dizayn sahələrindən də danışmaq olar. Yeri gəlmişkən, Azərbaycan həm də İtaliyanın əsas fındıq tədarükçülərindən biridir. - Cənab səfir, ölkənizdə koronavirus pandemiyası ilə bağlı vəziyyət necədir? - Ötən il dünya olaraq təsəvvürümüzə gətirmədiyimiz qlobal problemlə üzləşdik. Azərbaycan dərhal adekvat tədbirlər gördü və nəticədə təhlükənin geniş miqyas almasına imkan verilmədi. Yeri gəlmişkən, həmin ərəfədə İtaliya ilə yaxınlığımız özünü bir daha göstərib. Virusun geniş vüsət aldığı bir vaxtda Roma bizə öz yardımını əsirgəməyib. Səlahiyyətli orqanların məhdudlaşdırıcı tədbirləri sayəsində bu gün vəziyyət nəzarətdədir və artıq ölkəmizdə uğurlu peyvəndləmə kampaniyasına başlanılıb. (İtalyan dilindən tərcümə - WorldMedia.Az) |
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar