Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Rəsmi Bakı İsraillə Türkiyə arasındakı münasibətləri yaxşılaşdırmaq üçün Azərbaycanda üçtərəfli sammit keçirməyə hazırlaşır.
Ovqat.com xəbər verir ki, İsrailin “İsrael Hayom” nəşri bu iddia ilə çıxış edib.
İddianı Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Hikmət Hacıyev də portala verdiyi müsahibəsində təsdiqləyib.
İsrail nəşri dərc etdiyi müsahibədə Hikmət Haciyevi oxucularına bu cür tanıdıb: “Müharibədən bəri populyarlığı sürətlə artan Hikmət Hacıyev Prezident İlham Əliyevin xarici siyasət müşaviridir. Onun bu statusu İsraildəki “məsləhətçi” tərifinə uyğun gəlmir. Daha doğrusu, o, Azərbaycanın xarici siyasətini həqiqətən diktə edən azsaylı məmurlardan biridir. Azərbaycanın son müharibə zamanı düşmən bombardmanına məruz qalan ikinci ən böyük şəhəri Gəncədə anadan olan Hacıyev 44 günlük savaş başlayar-başlamaz bütün ölkə boyu dinc əhaliyə baş çəkmək, onların döyüş ruhunu yüksəltmək üçün əlindən gələni əsirgəməmiş, öz ofisinin təhlükəsizliyini belə tərk etmişdi.
“İsrael Hayom”-a verdiyi xüsusi müsahibəsində Hacıyev İsrail və onun vətəndaşlarına olan böyük heyranlığından bəhs edib, Bakının İsrail-Türkiyə yaxınlaşmasını son dərəcə vacib rol oynadığını, Vaşinqtonun İranla nüvə sövdələşməsi ilə bağlı mövqeyini qınadığını bildirib, Azərbaycanın Təl-əvivdə səfirliyinin olmamasının səbəblərinə aydınlıq gətirir.
Sual: -Hikmət bəy, Prezident Əliyev İsraillə Türkiyə arasındakı fikir ayrılıqlarının aradan qaldırılması məqsədilə Baş nazir Benyamin Netanyahu və Rəcəb Tayyib Ərdoğanla birgə üçtərəfli sammitin keçirilməsində maraqlıdırmı?
Cavab: -Türkiyə Azərbaycanla qardaş ölkədir, İsrail isə bizim strateji tərəfdaşımızdır. Biz istəyirik ki, dostlarımız da bir-biri ilə dost olsunlar. Tərəflər belə bir təşəbbüsə razı olsalar, Azərbaycan bunu ancaq alqışlaya bilər.
-İsrail-Türkiyə münasibətlərində müşahidə olunan son yaxınlaşmalar Prezident İlham Əliyevin vasitəçiliyi ilə mi baş tutub?
-Biz hesab edirik ki, İsrail ilə Türkiyənin bənzər maraqları var. Onların əməkdaşlığı da bu maraqlara xidmət edir. Azərbaycan bu münasibətlərin yaxşılaşdırılması üçün əlindən gələni edir.
-İsrail-Azərbaycan münasibətlərinin unikallığı nədədir?
-Bizim münasibətlərimiz sadəcə sözlərə əsaslanmır. Bu əlaqələt strateji əhəmiyyət daşıyır. Biz bir-birimizi başa düşürük. Zənnimcə, bu münasibətlərin əsası əslində xalqlar arasında əlaqələrə söykənir. İsrail-Azərbaycan münasibətləri dürüst tarixi anlaşma üzərində qurulub. Azərbaycanla yaxşı münasibətlər bütün dünyadakı yəhudilərin marağına uyğundur və əməkdaşlığımıza zərər vurmaq istəyənlərin bütün cəhdləri baş tutmamışdır.
Yeri gəlmişkən, İsrail kimi, Azərbaycan da Bayden Administrasiyasının İranla bağlı qırmızı cizgilərinin nədən ibarət olduğunu bilmir. Biz ABŞ Administrasiyasından xəbərlər gözləyirik. Ümumiyyətlə, Amerikanın son iki administrasiyası Qafqazda təkmil siyasət yürütməyib. Əksinə, Obama administrasiyası İsrail də daxil olmaqla, öz dostları ilə davranışlarında səhvlərə yol verib. Bu sözlər Azərbaycana da aiddir.
Xüsusilə Bayden administrasiyasının “erməni soyqırımı”nı tanımaq qərarı azərbaycanlıların nöqteyi-nəzərincə tarixi bir səhvdir. Çünki 1915-ci il hadisələri Holokostla əsla müqayisə oluna bilməz.
-Vaşinqtonda yəhudi lobbisi ilə əlaqə saxlayırsınızmı?
-İsraillə münasibətlərimiz bütün sahələrdə əladır. Eyni zamanda, İsrail-Azərbaycan münasibətləri də yəhudi və Azərbaycan xalqları arasında dostluğa əsaslanır. Bizim üçün “lobbi” adlanan bir termin yoxdur; ABŞ-da yaşayan yəhudilər Azərbaycanın dostlarıdır. Bizim onlarla əlaqələrimiz dünyanın hər yerində yaşayan yəhudilərlə olduğu kimi eyni dostluq münasibətlərinə əsaslanır.
ABŞ-dakı yəhudi təşkilatları Azərbaycanın mesajını – regional əməkdaşlığın, Cənubi Qafqazda sülhün və sabitliyin yeni istiqamətlərini qurmaq səylərini deynəlxalq ictimaiyyətə çatdırmaqda bizə böyük köməklik göstərirlər. Azərbaycanda uzun illərdir ki, müxtəlif mədəniyyətlər və dinlər birgə yaşayır. Biz məmnunuq ki, Azərbaycanda və dünyada yaşayan yəhudilər bizə bu sahədə dəstək verirlər.
-İranla nüvə sövdələşməsi ilə bağlı ölkənizin mövqeyi necədir?
-Biz həmişə danışıqları dəstəkləyirik. Danışıqlar faydalı ola və xalqlar arasında qarşılıqlı anlaşmaya kömək edə bilər.
- Nə üçün Azərbaycanın İsraildə səfirliyi yoxdur?
-İsraillilər Azərbaycana gələndə xalqımızın sülhpərvər mövqeyi ilə qarşılaşırlar və bütün ölkə boyu İsrail bayraqları asılıb. Bu, Azərbaycan xalqının qəlbinin səsidir və ölkələrimiz arasındakı münasibətlərə verdiyimiz dəyərləri təcəssüm etdirir. Bizim çox gözəl qarşılıqlı anlaşmamız və gözəl diplomatik əlaqələrimiz vardır. Biz müstəqilliyimizi elan edəndə Azərbaycanı tanıyan ilk dövlətlərdən biri İsrail idi. Bəzən bir-birində diplomatik nümayəndəliklər açan ölkələr arasındakı münasibətlər İsrail-Azərbaycan əlaqələri qədər yaxşı səviyyədə olmur.
Təkcə hökumətə deyil, həm də Azərbaycan xalqına dərindən təsir edən hadisələrdən biri ilk Dağlıq Qarabağ müharibəsi qurbanlarının müalicəsi üçün İsrailin göz həkimləri nümayəndə heyətinin Azərbaycana səfəri etməsi idi. Mən buna görə İsrailə minnətdaram. Onlar Azərbaycana gəlmişdilər və gündə 10-15 əməliyyat aparırdılar. Bu, yəhudi xalqının həyata olan hörmətidir və bu qayğı yəhudi DNT-nin (qan yaddaşının – Ovqat.com) təzahürüdür. Bu, yəhudi xalqının insanlığa kömək etmək arzusu ilə bağlıdır. Biz də bu cür təşəbbüsləri həyata keçirmək niyyətindəyik və yaralananlarımıza yardım etmək üçün İsrailin təcrübəsindən istifadə edirik."
-İsrail şirkətlərini Qarabağın bərpası prosesinə daxil etmək niyyətindəsinizmi?
-Biz İsrail şirkətləri ilə təmasdayıq və hökumətlərarası əlaqələrimizdən faydalanırıq. Bizə kömək etmək üçün İsrail şirkətlərinin şox böyük potensialı var. Biz ağıllı şəhərlərin tikintisində və su sektorunun qurulmasında İsrail şirkətlərinin köməyinə maraq göstəririk.
-Yekun olaraq, İsrailə hansı mesajı göndərmək istəyirsiniz?
-Mən İsrailə sülh arzulayıram. Azərbaycan və İsrail xalqlarının tarixi dost olduqlarına inamımı bildirmək istəyirəm. İsrail xalqı dünyada sülhün olmaması səbəbindən həmişə əziyyət çəkib. Biz onlara sülh və gələcəkdə böyük uğurlar arzulayırıq. Startap ölkəsi bizim dostumuzdur, biz onlara böyük uğurlar və sülh diləyirəm.
Tərcümə etdi: Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar