Erməni politoloq və media eksperti Karen Vrtanesyan xüsusi təyinatlı birləşmələrin təlimlərinin keçirildiyini açıqlayan Ermənistan Müdafiə Nazirliyini ələ salıb:
“KİV-lərin birində oxudum ki, Müdafiə Nazirliyi xüsusi təyinatlıların təlimlərindən foto və videolar dərc edib. Nəhayət, məşq etdiklərini düşünərək Müdafiə Nazirliyinin səhifəsini sevinclə açıram. Təəssüf ki, videoda heç bir manevr və ya təlim əks olunmur. Açığı, bu, Hollivud döyüş filminin musiqisinə 12 nəfərin iştirakı ilə səhnələşdirilmiş klipdir”, - deyə ekspert “Facebook” hesabında yazıb.
O qeyd edib ki, Ermənistanda hər şey imitasiyadır. İqtisadi inkişaf imitasiyadır, elm və təhsil imitasiyadır, təhlükəsizlik sistemi, hətta bayramlar imitasiyadır.
“Bildiyiniz kimi, Ermənistandan fərqli olaraq, Azərbaycan iki ildən artıqdır ki, təkbaşına, həmçinin Türkiyə ilə birlikdə bir-birinin ardınca irimiqyaslı hərbi təlimlər keçirir”, - deyə o vurğulayıb.
oxu.az
Paylaş: