Xəbər lenti

Üçüncü dünya müharibəsi Ukrayna, Tayvan və ya Koreya yarımadasındakı hərbi münaqişələr səbəbindən başlaya bilər. AzVision.az xəbər verir ki, bunu Rusiya Federasiyası Şurasının Konstitusiya qanunvericiliyi və dövlət quruculuğu komitəsinin üzvü Aleksey Puşkov deyib.

O, Telegram kanalında yazıb: "Əslində nə Yunanıstan və Türkiyə arasındakı gərginliyə görə, nə də 2023-cü ildə Hindistan və Çin arasında yaranan məhdud ərazi konflikti səbəbindən üçüncü dünya müharibəsi başlamayacaq.

"Üçüncü dünya müharibəsi təhlükəsi realdır" - Polşanın keçmiş prezidentiBunun üçün heç bir əsaslı səbəb yoxdur. Məhz bu üç ərazi-Ukrayna, Tayvan və Koreya yarımadasındakı hadisələrin inkişafı dünyanın aparıcı güclərinin iştirak etdiyi hərbi münaqişəyə səbəb ola biləcək”.

Onun fikrincə, Ukrayna ərazisi böyük ehtimalla əsas “toqquşma nöqtəsinə” çevriləcək. Vaşinqton və müttəfiqlərinin “geri çəkilməli olduğu” Suriya isə Puşkov tərəfindən artıq “potensial partlayış zonası” kimi qəbul edilmir.




Ana səhifəyə qayıt        Baxış: 3 521          Tarix: 2-01-2023, 16:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma