Xəbər lenti
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
23-11-2024, 16:10
23-11-2024, 14:55
23-11-2024, 13:38
23-11-2024, 12:14
Aerozollar bir müddətdir koronavirusun təhlükəli daşıyıcıları hesab olunur.
Lakin ABŞ alimləri ilk dəfə açıq havada mikroskopik zərrəciklərdə tam, canlı koronavirusları aşkarlayıblar.
Musavat.com xəbər verir ki, bununla bağlı Almaniyanın “Der Spiegel” jurnalında xüsusi yazı həsr olunub.
Məqalədə qeyd olunduğu kimi , Florida universitetinin araşdırmaçıları aerozollar sayəsində virusların havadakı zərrəciklərə də keçdiyini müəyyən edilib. Təhqiqat üçün ekspertlər COVİD-19-la xəstələnən insanlardan 2,5-3 metr aralıda havadakı mikrozərrəciklər üzərində araşdırma aparıblar. Məlum olduğu kimi, hazırda hər yerdə insanlara bir-birlərindən 1,5 metr aralıqda durmalarının daha təhlükəsiz olacağı barədə xəbərdarlıq edilir. Lakin almlər göstərilən məsafədən daha da kənarda Sars-CoV-2 virusunu digər zərrəciklərdən ayıra bilblər.
Aerozollar üzrə ekspert Linsi Marr yeni nəticələri innovasion xarakterli olduğunu söyləyib. Onun sözlərinə görə canlı virusun açıq havada izolyasiyası bununla bağlı koronavirusun mövcudluğuna dair ən təksibedilməz sübutlardan biridir.
İnsanların fiziki kontakt olmadan yoluxma faktı isə bir neçə halda təsdiqlənib. Məsələn, ABŞ-ın Vaşinqton ştatının Sietl şəhərindən şimalda yerləşən Maun-Vernonda kilsə xorunun iştirkaçılarının hamısı xəstlənib. Məlum olub ki, 52 nəfərin hamısı “COVİD-19” daşıyan cəmi bir nəfərdən yoluxublar. Ümumdünya Səhiyyə Təşkilatı isə yalnız iyun ayında Sars-CoV-2 virusunun aerozollar vasitəsilə keçə biləcəyini etiraf edib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar