Xəbər lenti

 

Normal bədən çəkəsi sağlamlığın vacib əmillərindən biridir. Artıq çəki və piylənmə bir çox xəstəliklərin  riskini artırır.

Bu xəstəliklər arasında: ürək-damar sistemi xəstəlikləri, şəkərli diabet, hətta bəzi xərçəng növləri və s. Bu səbəbdən bədən çəkisini daim normada saxlamaq olduqca vacibdir.

Normal bədən çəkisinin hesablanması üçün çoxlu müxtəlif formullar mövcuddur. Sizə belə formullardan birini təqdim edirik. Bu müəsir mütəxəssislər tərəfindən bir qədər təkmilləşdirilmiş məşhur Brokk formuludur.

Həm kişi, həm də qadınlar üçün ideal çəki eyni hesablanır:

(Boy (sm) - 110) x 1,15.

Məsələn, sizin boyunuz 164 sm-dırsa, sizin ideal çəkiniz belə hesablanır:

(164 -110) x 1,15 = 54 x 1,15 = 62,1 kq.




Ana səhifəyə qayıt        Baxış: 1 271          Tarix: 10-07-2017, 18:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma