Xəbər lenti
Bu gün, 19:31
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
Körpələrin ilk dişləri təxminən yeddi aylıqlarında görünməyə başlayır.
Adətən diş çıxarma əlamətləri dişlərdən iki-üç ay əvvəl özünü büruzə verir. Bu simptomlar hər uşaqda müxtəlif formalarda özünü göstərir. Adətən diş çıxaran bir körpədə ağız suyunun axması, tüpürcəyin mütəmadi olması səbəbindən meydana çıxan çənə və ya üz nahiyyəsində qızartılar, dəridə qurumalar, yüngül öskürək, dişləməyə meyilliliyin artması, ağrı, yeməkdən imtina etmək, ishal, hərarətin artması, yuxu pozuntuları, qulaq çəkişdirmə, yanaq qaşıma kimi əlamətlər meydana çıxa bilər.
Lakin bəzən ilk dişin çıxmasına təxminən üçüncü ayda, bəzən isə on iki və daha sonrakı aylarında rast gəlmək mümkündür. Dişlərin çıxması vaxtı adətən irsi xarakter daşıyır. Yəni, erkən diş çıxarmış valideynlərin körpələrində də bu halın təkrarlanması normaldır. Lakin bunun başqa səbəbi də ola bilər.
AZƏRTAC Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasına istinadla bildirir ki, diş çıxartmada gecikmə D vitamini əksikliyi və ya hormonal problemə bağlı ola bilir. Lakin bu hal sağlam körpələrdə də 14-18 aya qədər gecikə bilər. Uşağın inkişafı ayına uyğundursa, uşaqda hormonal problem və ya D vitamini çatmazlığı aşkar olunmayıbsa bu vəziyyət valideynləri qorxutmasın. Bu hal böyümə geriliyinin bir əlaməti olaraq görülməməlidir və əlavə müalicəyə ehtiyac yoxdur.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar