Xəbər lenti

ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik üzrə sabiq köməkçisi, quru qoşunlarının istefada olan generalı Maykl Flinnin Ağ Evə qayıdacağına ümid edir.

Bu barədə "The Daily Beast" nəşri məlumat yayıb. "Donald Tramp Maykl Flinni istefaya göndərdiyi üçün peşmandır və təhqiqat başa çatdıqdan sonra onun geri dönəcəyini səmimi şəkildə güman edir", - nəşr Ağ Evdə vəziyyətlə tanış mənbədən sitat gətirir.

Xatırladaq ki, Maykl Flinn bu ilin yanvarında ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə köməkçisi vəzifəsini tutub. Bir ay sonra "The Washington Post" qəzeti onun Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakla sanksiyalar barədə söhbəti barədə xəbəri dərc etdikdən sonra istefa verməyə məcbur olub.

Flinn isə öz növbəsində Rusiya səfiri ilə sanksiyalar barədə danışmadığını və 35 rusiyalı diplomatın ABŞ-dan çıxarılması məsələsini müzakirə etdiyini bildirib. Bu, formalaşdırılan Tramp administrasiyasında ilk istefa olub.(AzərTAc)

 




Ana səhifəyə qayıt        Baxış: 910          Tarix: 19-05-2017, 16:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma