Xəbər lenti
7-03-2019, 22:48

"Üzv ölkələr arasında yaranan fikir ayrılıqları müttəfiqlik normaları, qarşılıqlı mənafe və hörmət prinsipləri əsasında həll ediləcək”.

Bu sözləri APA-ya açıqlamasında Türkiyə Böyük Millət Məclisi NATO qrupunun başqanı, Ak Parti Rizə millət vəkili Osman Aşkın Bak deyib.

“İncirlik hərbi bazasından istifadə ilə bağlı Türkiyə ilə Almaniya arasında yaşanan fikir ayrılığı hansı formada həll ediləcək?” - sualını O. A. Bak belə cavablandırıb:

 

“Türkiyə uzun müddətdən bəri PKK, PYD/YPG və DAEŞ terroruna qarşı qərarlı şəkildə mübarizə aparan və çox itki vermiş NATO müttəfiqi ölkədir. Başda hörmətli prezidentimiz olmaqla, dövlətimizin bütün idarəçiləri illərdən bəri Avropa ölkələrini terror təşkilatları arasında heç bir fərq qoymadan onlara qarşı qərarlı mübarizə  aparmağa  çağırır. DAEŞ-ə qarşı mübarizəyə NATO-nun bir qurum kimi qatılma qərarı alması müttəfiq ölkələr  baxımından çox mühüm bir hadisədir. Biz bu zəmində, heç bir fərq qoymadan, terror təşkilatlarının hamısına qarşı eyni dərəcədə təsirli mübarizə aparılmasının lüzumunu müttəfiqlərimizə daha sərrast şəkildə başa sala biləcəyimizə inanırıq. DAEŞ terror təşkilatına qarşı mübarizə apararkən, PKK və PYD/YPG terror təşkilatlarına mülayim davranmaq qəbuledilməz bir hal olacaq. Hüquqi baxımdan, ittifaq ölkələrinin heç biri o birindən üstün deyildir. Hərbi qüvvəsi etibarilə NATO-nun ikinci böyük ölkəsi olan Türkiyənin terrora qarşı mübarizəsində ittifaqdan dəstək gözləməsi və bunu alması ən təbii hadisədir. DAEŞ və digər terror təşkilatlarına qarşı NATO-nun mübarizəyə daxil olmasını mühüm hadisə kimi qiymətləndirir  və bu durumda Türkiyənin haqlarına daha çox hörmət göstəriləcəyinə və tələblərinin yerinə yetiriləcəyinə inanıram”.

 




Ana səhifəyə qayıt        Baxış: 309          Tarix: 27-05-2017, 13:54      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Ən çox oxunanlar