Xəbər lenti

İran paytaxtında törədilən seriya terror hücumlarının bəzi təfərrüatları məlum olub. “Fars” agentliyi xəbər verir ki, İran parlamentinin deputatı Elyaz Həzrəti parlament binasına hücum edənlərin 3, yaxud 4 nəfər olduqlarını deyib. Onun sözlərinə görə, hücum edənlər “Kalaşnikov” avtomatları və tapançalarla silahlanmışdılar.

Binanı mühafizə edən İnqilab Keşikçiləri Korpusunun döyüşçüləri terrorçularla atışmaya giriblər. Bu zaman səkkiz nəfər yaralanıb. Korpusun bir döyüşçüsü həlak olub. Yaralananlar arasında deputatlarla görüşə gəlmiş mülki şəxslər də var. Bir məlumata görə hücum edənlərdən ikisi tutulub, digər məlumata görə isə terrorçular kabinetdən birində mövqe tutublar. Binadan hələ də atışma səsləri gəlir.

İmam Xomeyninin mavzoleyi qarşısında isə iki silahlı yoldan keçənlərə necə gəldi atəş açıb, üçüncü terrorçu özünü partladıb. “Tasmin” agentliyi bu hücumda iştirak edən qadın terrorçunun yaxalandığını bildirir. Daha bir terrorçu isə saxlanılarkən sianid kalium (insanı ani olaraq öldürən zəhər) kapsulunu içib və ölüb.

*   *   *11:27

Tehrandan son dəqiqələrdə daha bir həyacanlı məlumat daxil olub. Bir sıra KİV-lər xəbər verir ki, İran paytaxtının “İmam Xomeyni” metro stansiyasında da partlayış törədilib. Partlayışı intiharçı-terrorçunun törətdiyi bildirilir. Təfərrüatlar məlum deyil.

“Fars” agentliyi xəbər verir ki, İran parlamentinin binasına soxulan və bir neçə adamı girov götürən terrorçulardan birinin üzərində bomba var. Hazırda o, təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb. Terrorçuların əllərində neçə girovun olduğu barədə məlumat yoxdur.




Ana səhifəyə qayıt        Baxış: 1 025          Tarix: 7-06-2017, 12:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma