Xəbər lenti

 

İyunun 7-də İranın parlamentində və İmam Xomeyninin mavzoleyində törədilən terror aktları nəticəsində həlak olanların dəfn mərasimi keçirilib.

Mərasimdə həlak olanların yaxınları və ailə üzvləri ilə yanaşı, İran Prezidenti Həsən Ruhani və parlamentin sədri Əli Laricani də iştirak ediblər.

Həlak olanları son mənzilə yola salmaq üçün Tehranın mərkəzi küçələrinə toplaşan minlərlə şəhər sakini terroru lənətləyib.

Terror qurbanları Tehranın “Beheşti Zəhra” qəbiristanlığında dəfn ediliblər.

Rabil Kətanov /AZƏRTAC/

Tehran

 




Ana səhifəyə qayıt        Baxış: 841          Tarix: 10-06-2017, 00:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma