Xəbər lenti

 

Futbol azarkeşləri Çempionlar Liqasının ən yaxşı qolunu seçiblər.

Ovqat.com "Report"a istinadən bildirir ki, bu barədə UEFA-nın rəsmi saytı xəbər yayıb.
Xəbərdə bildirilir ki, İstanbulun "Beşiktaş" komandasının hücumçusu Cenk Tosun Çempionlar Liqasının ən yaxşı qolunun müəllifi olub.
Türk futbolçunun Lissabonun "Benfika" komandasının qapısına vurduğu qol 41 faiz səs toplayıb. İkinci yeri isə "Yuventus"un xorvatiyalı hücumçusu Mario Mancukiç tutub. Onun finalda "Real"ın qapısına vurduğu qol 19 faiz səs toplayıb.
"Real"ın hücumçusu Kriştianu Ronaldunun Lissabonun "Sportinq" komandasına qarşı oyunda vurduğu qol üçüncü yeri (13 faiz səslə) tutub. Xatırladaq ki, UEFA bir neçə gün əvvəl də mövsümün 10 ən yaxşı qolunu təqdim etmişdi.




Ana səhifəyə qayıt        Baxış: 821          Tarix: 16-06-2017, 00:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma