Xəbər lenti

Burada adi məişət mübahisəsindən böyük etnik münaqişələr törəyir
Şimali Qafqaz millətlərarası münaqişənin hər an alovlana biləcəyi ən qaynar nöqtələrdən biri hesab olunur.
Rusiaynın “Novaya gazeta” qəzetinin verdiyi xəbər bunun nə dərəcədə həqiqət olduğunu nümayiş etdirir.
Qəzetin verdiyi xəbərə görə, keçən həftənin şənbə günü Dağıstanhüquq-mühafizə orqanları Dağıstanla Çeçenistan sərhədi arasında yerləşən Leninaul kəndinə olan bütün giriş-çıxışları bağlamalı olub.
Çeçen icmasının kənddəki avarlara hücum etmək barədə gələn informasiya təhlükəsizlik qurumlarını sürətli tədbirlər görməyə məcbur edib.
Hadisə o dərəcədə böyüyüb ki, Çeçenistan parlamentinin spikeri Məhəmməd Davudov özü avarlarla çeçenlər arasında situasiyanı yatırmaq üçün bölgəyə gəlməyə məcbur qalıb.
Kənd sakinlərinin söylədiklərinə görə, Davudov buraya Rusiya milli qvardiyası ilə birlikdə onlarla maşınla gəlib. Parlamentin spikeri öncə camaatı sakitləşdirmək itəyib. Lakin bu qəzəbli çeçenləri daha da qızışdırıb və onlar Davudova daş atmağa başlayıblar. Daşlardan biri spikerin ayağına dəyib. Buna cavab olaraq isə milli qavardiyanın əsgərləri silahla havaya atəş açmaqla hiddətli sakinləri sakitləşdirə biliblər.
 Hadisənin özü isə demək olar ki, heç bir səbəb olmadan baş verib. Belə ki, iyunun 25-də Ramazan bayramı günündə İbrahim adlı lal-kar avar əsilli bir gənc camaatdan əlindəki paketlə pay yığırmış. Bu ərəfədə çeçen gənclər onu ələ salıblar. Nəticədə kənddə dava düşüb. Çeçenlər çox olduğu üçün ordakı avarları döyüblər. Daha sonra avar gənclər əlavə qüvvə gətirib və qalmaqal daha böyük qanlı münaqişəyə çevrilib. Hadisə nəticəsində 12 nəfər həbs olunub.
Həmin vaxt mübahisənin bununla bitdiyi düşünülüb. Lakin iyulun 8-də hadisə məişət mübahisəsindən daha təhlükəli səviyyəyə - milli-torpaq davasına çevrilib.
Müşahidəçilərin söylədiyinə əsasən əslində bu münaqişənin kökləri və bağlantıları daha dərinlərə gedib çıxır.
Belə ki, Leninaul kəndi uzun müddətdir Dağıstan və Çeçenistan arasında ərazi mübahisəsinin predmeti halına gəlib.
Картинки по запросу leninaul 1944
Belə ki, Leninaul Dağıstanın Çeçenistanla sərhədində yerləşən Kazbek rayonunun dağ kəndidir. Kənddə əsasən çeçenlər, avarlar və auxlar yaşayır. Çeçenlərin 1944-cü ildə kütləvi surətdə Orta Asiyaya sürgün olunmasına qədər kənd Auxov rayonunun tərkibində olub və burada əsasən çeçenlər yaşayıblar. 1956-cı ildən etibarən isə boşalan torpaqlara avarlar köçürülüb. 1990-cı illərdən başlayaraq çeçenlər kəndi yenidən Çeçenistanın tərkibinə qaytarmağa can atırlar.
Kənd sakinlərinin dediyinə görə, situasiya təsvir ediləndən daha mürəkkəbdir. Bir sıra adamlar çeçenlərin avarlar təərfindən sıxışdırıldığı barədə qəsdən informasiyalar yayır , habelə Çeçenistanın indiki dövlət başçısı Ramzan Kadırovun yanına şikayətə gedirlər. Kadırovun xarakterini bilənlər isə onun bu cür hadisələrə hansı reaksiya göstərəcəyini yaxşı blillər.
Baş verən son hadisə Şimali Qafqazda etnik zəmində münaqişənin hər an qanlı müharibəyə çevrilə bilmə ehtimalının nə dərəcədə yüksək olduğunu göstərir.
Bir çox ekspertlər Rusiyanın bölgəyə iqtisadi rifah və demokratik islahatlar gətirmək yerinə bu cür süni etnik çaxnaşmalar sayəsində özünü yeganə xilaskar kimi qələmə verdiyini qeyd edirlər.(musavat.com)

 




Ana səhifəyə qayıt        Baxış: 518          Tarix: 10-07-2017, 16:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma