Xəbər lenti

İrəvan Rusiyanın Ermənistanda rus dilinə rəsmi statusunun verilməsi barədə təklifinə rədd cavabı verib.

Publika.az xəbər verir ki, Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının sədri Armen Aşotyan “Sputnik” agentliyinə açıqlamasında rus dilinin Ermənistanda rəsmi status almayacağını bildirib.

“Rus dili bizim üçün ümumdünya əhəmiyyətli dildir. Amma bizim çağırışlarımızda rus dilinə rəsmi dil statusunun verilməsi yoxdur və olmayacaq”, - Aşotyan deyib.

O əlavə edib ki, Ermənistan vətəndaşlarının sürücülük vəsiqələrinin Rusiyada tanınması üçün Rusiya tərəfi ilə danışıqlar başqa formatlarda davam edəcəklər.

Xatırladaq ki, Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin dünən Moskvada Ermənistan parlamentinin spikeri Aroy Babloyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Ermənistanda rus dilinə rəsmi statusunun verilməsi təklifilə çıxış edib. Spiker bu təklifi Ermənistan nümayəndə heyətinin “Qırğızıstan və Belarus vətəndaşlarında olduğu kimi, Ermənistan vətəndaşlarının da sürücülük vəsiqələrinin Rusiyadan tanınması” ilə bağlı istəyinə cavab olaraq irəli sürüb.

Volodin bildirib ki, Qırğısıztan və Belarus vətəndaşlarının sürücülük vəsiqələrinin Rusiyada da tanınması haqda qərar qəbul edilib: “Lakin Ermənistan bu imkandan məhrumdur. Qırğızıstan və Belarus vətəndaşlarına bu hüquq ona görə verilib ki, bu iki ölkənin vətəndaşları rus dilində öyrənirlər, onlar Rusiyaya işləməyə gələndə biz onlara kömək edirik. Onların sürücülük vəsiqələri rus dilindədir. Əgər Ermənistanda da rus dili rəsmi dil olarsa, bu məsələ avtomatik olaraq erməni əvətəndaşlarına da şamil olunacaq”.

Qeyd edək ki, iyunun 1-dən xarici vətəndaşların Rusiyada peşəkar sürücü işləmək hüquqları ləğv edilib. Qanunu pozanlar 50 min rubl (təxminən 580 dollar –red.) cərimə ediləcək.




Ana səhifəyə qayıt        Baxış: 783          Tarix: 18-07-2017, 15:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma