Xəbər lenti

 

 Aİ Şurasının rəhbəri Donald Tusk Polşanın Baş Prokurorluğunda 8 saatdan çox dindirilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, D.Tusk, Polşa prezidenti Lex Kaçinskinin də 2010-cu ildə həlak olduğu  Smolensk aviaqəzasının qurbanlarının ekspertizası zamanı yol verilmiş pozuntularla bağlı prokurorluğa ifadə verməyə çağırılıb.  

 Şahid qismində dindirilmiş Aİ Şurasının rəhbəri prokurorluğun binasına ötən gün yerli vaxtla 10.00-da (Bakı vaxtı ilə 12.00) daxil olub və 18.00-dan sonra (Bakı vaxtı ilə 20.00-dan sonra) prokurorluğu tərk edib.

 Qeyd edək ki, prokurorluq nümayəndəsi bundan əvvəl qeyd olunan pozuntularla bağlı bildirmişdi ki,  Smolensk faciəsinin qurbanları Rusiyadan Polşaya gətirildikdən sonra ekspertizadan keçirilməyib. Bundan başqa Varşava nümayəndələri Rusiyada faciədən sonra keçirilən ekspertiza və araşdırmalarda iştirak etməyiblər.

 Qeyd olunan işlə bağlı hələlik heç kimə qarşı ittiham irəli sürülməyib.

 Xatırladaq ki, Aİ Şurasının rəhbəri Donald Tusk aprelin 19-da da Polşanın Baş Prokurorluğunda 8 saatadək  ifadə verib. O zaman D.Tusk Polşanın hərbi əks-kəşfiyyat idarəsinin Rusiya Federal Təhlükəsizlik Xidməti ilə əməkdaşlığı ilə bağlı iş üzrə dindirilmişdi. 




Ana səhifəyə qayıt        Baxış: 697          Tarix: 4-08-2017, 08:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma