Xəbər lenti

 

Çinin Çjeszyan əyalətinin Xançjou şəhərində ilk İnternet-məhkəmə açılıb.

Ovqat.com ict.az-a istinadən məlumat verir ki, İnternet-məhkəmə onlayn ticarətdə dələduzluq halları, onlayn borc müqavilələri və İnternetdə müəllif hüquqlarının pozulması ilə bağlı işlərə baxacaq.

Bütün məhkəmə prosedurları məhkəmənin veb-saytı, dinləmələr və hökmün oxunması isə onlayn videotranslyasiya vasitəsilə həyata keçiriləcək.

Daha əvvəl qeyd edilirdi ki, şəhərin məhkəmə sistemi artıq kibercinayətlər üzrə bir çox işə baxır və onların sayı getdikcə artır. 2013-cü ildə məhkəmə bu kimi 600 işə baxırdı, ötən il onların sayı 10 mini ötmüşdü.




Ana səhifəyə qayıt        Baxış: 622          Tarix: 19-08-2017, 23:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma