Xəbər lenti

Fransanın PSJ klubu İspaniya "Barselona"sından ayrılan Neymarı transfer etdiyini rəsmən açıqlayıb. 

"Report"un məlumatına görə, braziliyalı hücumçu ilə 30 iyun 2022-ci ilədək müqavilə bağlanılıb.

Onun keçidi PSJ-yə 222 milyon avroya başa gəlib. Bununla da 25 yaşlı forvard dünyanın ən bahalı futbolçusu olub.

Neymar ilkin təəssüratlarını PSJ-nin rəsmi saytına açıqlayıb: "Bu keçidə çox şadam. Avropaya gəlişimdən sonra PSJ ən rəqabətədavamlı və ən iddialı kluba çevrilib. Bu komandanın iddiaları mənə xeyli istək və enerji verdi. Bu komandanın yeni-yeni titullar qazanmasına kömək etməyə gəlmişəm. Avropada 4 il keçirmişəm və yeni çağırışa hazıram. Bu gündən PSJ-nin qazanması, yeni üfüqlər açması və dünyada milyonlarla tərəfdarına xoşbəxtlik bəxş etməsi üçün hər şeyi edəcəyəm".

Qeyd edək ki, Neymar 2013-cü ildən çıxış etdiyi "Barselona"da 186 oyuna 105 qol vurub. Braziliya millisində isə 77 matçda 52 dəfə fərqlənib. O, yığma ilə ilk dəfə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. 

 




Ana səhifəyə qayıt        Baxış: 1 031          Tarix: 4-08-2017, 12:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma