Xəbər lenti

“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) CISCO şəbəkə avadanlığının və lisenziyalarının (lot-1), CISCO rabitə avadanlığının və lisenziyalarının (lot-2) və CISCO dəstəklənmə xidmətlərinin (lot-3) satın alınması məqsədi ilə açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı hər lot üzrə 100 manatdır.

İddiaçılar ilkin sənədləri avqustun 31-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə sentyabrın 11-nə qədər ABB-nin Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 nömrəli ünvanında yerləşən baş ofisinə təqdim etməlidirlər. Əlaqələndirici şəxslər Emin İbrahimov (Telefon: (012) 493 00 91, daxili 2700, 2703, e-poçt: [email protected]) və Nərminə Kərimlidir (Telefon: (012) 493 00 91, daxili 2305, e-poçt: [email protected]).

Təkliflərə sentyabrın 12-də, saat 11:30-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər.

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 241,287 mln. manatdır. Bankın səhmlərinin 76,73%-u Maliyyə Nazirliyinə, 14,56%-i problemli aktivlərin idarə edilməsi ilə məşğul olan “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına (BOKT), 3,76%-i Əmlak Məsələləri Dövlət Komitəsinə, 04%-i 13 qeyri-dövlət müəssisəsinə, 4,55%-i isə 1 759 fiziki şəxsə məxsusdur. 




Ana səhifəyə qayıt        Baxış: 911          Tarix: 28-07-2017, 11:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma