Xəbər lenti

 Gələn il yanvarın 1-dən Almaniyanın Ştutqart şəhərində dizel mühərrikli nəqliyyat vasitələrinin istismarı qadağan ediləcək. 

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, qərar Almaniyanın Ətraf Mühiti Qoruma Təşkilatının tələbi əsasında Ştutqart İnzibati Məhkəməsi tərəfindən qəbul edilib.

Buna səbəb, dizel mühərrikli nəqliyyat vasitələrinin insan orqanizmi üçün zərərli olan nitrit oksid emissiya etməsidir. Məhkəmə qərarında deyilir ki, həmin zərərli maddələrin azaldılması mümkün deyil. Buna görə də, dizel mühərrikli avtomobillərin ümumiyyətlə, yollara çıxmasına qadağa qoyulacaq. 




Ana səhifəyə qayıt        Baxış: 868          Tarix: 1-08-2017, 11:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma