Xəbər lenti
 
Qırğızıstan prezidenti Almazbek Atambayevin qızı Aliyanın İnstagram hesabında paylaşdığı fotoşəkillər ölkədə ciddi müzakirələrə səbəb olub.
"Ovqat.com"un bildirdiyinə görə, son zamanlar dini radikalizmin artdığı ölkədə prezidentin qızı özünün uşaq əmizdirmə şəkilini də paylaşıb və mühafizəkar qırqızları qıcıqlandırıb.
Qeyd edək ki, Almazbek Atambayev əhalisinin 75%-i müsəlman olan Qırğızıstanda 2011-ci ildən bu yana prezident vəzifəsini icra edir.
Atambayevin ən kiçik qızı Aliya Şagiyevanın 20 yaşı var və o, öz hamiləliyinin mərhələlərinin və 6 aylıq olan oğlu Tagiri əmizdirməsinin fotoşəkillərini ictimaiyyətlə bölüşməyi məsləhət bilib. Hər məsələdə bir qurd axtaran qırqızlar isə bunu prezidentin qızına yaraşdırmayıblar. Şagiyeva isə onu ittiham edənlərə namus və mədəniyyət dərsi verib.
 
"Namus haqqında qaydalar və düşüncələr zamana və mədəniyyətə görə fərqlilik göstərə bilər. Bu səbəbdən də namus anlayışı haqqında müzakirələr mənasızdır. Bir neçə nəsil sonra nəyin qəbul ediləbilən olub-olmayacağını heç kim bilə bilməz”- deyə status yazan Aliyanın fikrincə, "cəmiyyət uşaq əmizdirməyi seksual obyekt halına gətirir, sonra da kimisə mühakimə edir". 
Maraqlıdır ki, 20 yaşındakı gənc ana hamiləliyinin mərhələlərini paylaşarkən gələn tənqidlərın acığına daha çox şəkilini yayımlayıb. Növbə əmizdirmə fotoşəkilinə gələndə isə iş əndazəsindən çıxıb. Ciddi tənqidlərə və təhqirlərə məruz qalan Aliya müzakirələrə xaricilər qoşulandan sonra öz hesabını bağlamağa məcbur olub.



Ana səhifəyə qayıt        Baxış: 1 192          Tarix: 18-04-2017, 15:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma