Xəbər lenti

 

Sən demə, qovulduğuna dair məlumatı ilk eşidəndə bunu gülərək qarşılayan Ceyms Komi xəbəri komik zarafat sanıb. Daha sonra köməkçilərinin təsdiqləməsiylə məsələnin ciddi olduğunu başa düşüb.

Ovqat.com xəbər verir ki, bu iddianı “New York Times” qəzeti irəli sürüb.

Qəzetin bildirdiyinə görə, FBİ-nin sabiq direktoru özünün istefa xəbərlərı media orqanlarında çıxarkən Los Angelesdə toplantıdaymış və bir qrup əməkdaşa öz təlimatlarını verirmiş.

Xəbəri eşidəndən sonra köməkçiləri ona ən yaxındakı FBI ofisinə getməsi lazım olduğunu tövsiyə edirlər. Və həmin ofisdə Trampın  yüksəkrütbəli köməkçilərindən biri və daha əvvəl isə qoruması kimi çalışan Keyt Şillerin Kominin kovduğunu bildirən məktubu büronun Baş ofisinə gətirdiyi öyrənir.

Bir sözlə, binəva Ceyms Komi əsl Azərbaycan məmuru kimi haqqında verilmiş qərardan ən son xəbər tutacaq şəkildə işdən qovulur.




Ana səhifəyə qayıt        Baxış: 1 066          Tarix: 11-05-2017, 08:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma