Xəbər lenti

 

ABŞ prezidenti Donald Trampın Federal Təhqiqatlar Bürosunun sabiq direktoru Ceyms Komiyə göndərdiyi istefa məktubunun mətni açıqlanıb.

Ovqat.com xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Komi, Ədliyyə naziri Seff Sessions və nazir müavini Rod Rosenştayndan, sizin vəzifənizdən uzaqlaşdırılmanızla bağlı məktublar aldım (Əlavədə). Bu tövsiyələrə tabe olur və sizi vəzifədən uzaqlaşdırıram. Hər nə qədər istintaq altında olmadığımla bağlı məni üç dəfə məlumatlandırmağınızı alqışlasam da, Ədliyyə Nazirliyinin sizin FBI-i effektli şəkildə idarə etmədiyinizə dair göndərdiyi hökmə uyacağam. FBI-ə ən əhəmiyyətli vəzifəsi olan hüququn həyata keçirilməsində xalqın etimadını yenidən qazanacaq yeni bir lider tapmağımız əhəmiyyət daşıyır. Gələcək işlərinizdə sizə şans diləyirəm. "

Məktubun şəkili:

 

 Bu isə ABŞ Ədliyyə nazirinin Trampa göndərdiyi məktub: 

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 510          Tarix: 11-05-2017, 07:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma