Xəbər lenti

 

 

İran İnqilab lideri ayətullah Xomeyninin nəvəsi ayətullah Həsən Xomeyni İran xalqını cümə günü keçiriləcək prezident seçkilərində Prezident Həsən Ruhanini dəstəkləməyə çağırıb.

Ovqat.com xəbər verir ki, nəvə Xomeyni öz sülalələrinə aid "jamaran.ir" internet saytında yayımlanan videoda bu çağırışını səsləndirib:

"Növbəti onlarla ilimizə təsir edəcək əhəmiyyətli bir seçkinin ərəfəsindəyik. Gənclər, qadınlar, kişilər - hər kəs birlikdə cəmiyyətimizin gələcəyi üçün müqəddəs bir ittifaq qurmalıyıq"- deyən ayətullah bu istiqamətdə ən doğru ünvan kimi Həsən Ruhaninin adını çəkib:

"Hər kəs birlikdə Həsən Ruhanini dəstəkləyək. Başlatdığı layihələri bitirməsi üçün ona fürsət verək. Mütəxəssislərin fikirinə görə, Ruhani hökumətinin proqramları müvəffəqiyyətli idi. İqtisadçılar Ruhani'nin əhəmiyyətli işlərə imza atdığını açıqlayırlar. Bir dövr daha Ruhaniyə səs verərək öz gələcəyimizə özümüz imza ataq”.

İslahatçılara yaxınlığıyla tanınan 45 yaşlı Həsən Xomeyni azadlıqların genişləndirilməsi və qadın-kişi bərabərliyi kimi mövzularda çıxışlarıyla diqqəti cəlb edir.

Seçkilərə 2 gün qalmış səsləndirilən bu fikirlər Ruhani üçün ciddi dəstək kimi qiymətləndirilir.




Ana səhifəyə qayıt        Baxış: 1 423          Tarix: 17-05-2017, 12:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma