Xəbər lenti
21-09-2019, 20:33

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev nazirliyin ləğvilə bağlı yayılan məlumatlar haqda Modern.az-a “bu cür xəbərlər həqiqətə uyğun deyil” söyləyib.

Qeyd edək ki, bu haqda məlumatı “Yeni Müsavat” qəzeti yayıb. Qəzet yazır ki, struktur islahatları çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi ilə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ləğvi nəzərdə tutulur. Onların Ekologiya və Təbii Sərvətlər Nazirliyinə birləşdiriləcəyi nəzərdə tutulub.

Qeyd olunur ki, birləşdirilmə nəticəsində Kənd Təsərrüfatı və Ekologiya Nazirliyinin yaradılması layihəsi var: "Aqrar sektorun prioritet elan edilməsi və eyni zamanda büdcə xərclərinin optimallaşdırılması iki nazirliyin birləşdirilməsini zəruri edir. Yeni nazirlik daha operativ və çevik idarəetmə standartları əsasında qurulacaq. Mənbənin məlumatına görə, başqa nazirlik və dövlət komitələrinin ləğvi və yenidən təşkili barədə təkliflər dəyərləndirilir. Güman ki, yaxın vaxtlarda elan ediləcək. Bu qurumların birləşdirilməsi ilə yanaşı orda işləyənlərin də sayının 50-60 faiz ixtisarı gözlənilir".

Başqa bir mənbə isə “Yeni Müsavat” a deyib ki, H.Əsədovun rəhbərlik etdiyi nazirliyin İqtisadiyyat Nazirliyinə birləşdirilə biləcəyi daha realdır.
"Kənd Təsərrüfatı Nazirliyinin ləğvi və onun səlahiyyətlərinin başqa nazirliklər arasında bölüşdürülməsi xeyli müddətdir hakimiyyət çevrələrində müzakirə edilir. Əsas arqument bu idi ki, kənd təsərrüfatı müəssisələrinin mütləq əksəriyyəti özəlləşdirildiyi halda, aqrar sektorun idarə edilməsi üçün ayrıca bir nazirliyin saxlanılmasına ehtiyac yoxdur, nazirliyin ən vacib funksiyaları başqa nazirliklərə verilməklə bu qurumu ləğv etmək daha effektlidir. İddia olunur ki, hazırda iqtisadiyyatın əsas ağırlığı iqtisadiyyat naziri Şahin Mustafayevin üzərinə qoyulub və bu səbəbdən də nazirliyin ləğv olunaraq İqtisadiyyat Nazirliyinə birləşdirilməsi daha uyğun variant ola bilər. İqtidarın da qeyri-neft sektorunun inkişafında Şahin Mustafayevə daha çox etimad göstərdiyi söylənilir".

 




Ana səhifəyə qayıt        Baxış: 654          Tarix: 17-05-2017, 11:37      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent