Xəbər lenti

Bu gün Bakı Ağır Cinayət Məhkəməsində İŞİD-ə qoşulmaqda təqsirləndirilən Afiq Qəhrəmanov və Rəşadət Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Rahib Salmanov sədrlik edib.

İttihama görə, hər iki şəxs İŞİD terror təşkilatının sıralarında döyüşüblər. Onlar Azərbaycana qayıdarkən həbs olunublar.  A.Qəhrımanov 2013-cü ildə Suriyaya gedib. Onun yol xərcini isə tanışı Rəşadət Qasımov ödəyib.

Təqsirləndirilən A. Qəhrəmanov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində Suriyaya getməkdə məqsədi yerli camaata kömək etmək, dağıntılar altında qalanları çıxarmaq olduğunu deyib. Lakin Suriayaya getdikdən sonra orada baş verənləri gördükdən sonra fikrindən daşınıb və geri qayıdıb.

Digər təqsirləndirilən R. Qasımov isə özünü təqsirli bilmədiyini deyib. O, ifadəsində A.Qəhrəmanovun Suriyaya getmək istəməsindən xəbərsiz olduğunu göstərib. Afiqin ondan borc pul istədiyini deyib. Həmçinin ifadəsində ən-Nusra cəbhəsində olan şəxslərin onu Suriyaya dəvət etdiklərini, lakin getmədiyini göstərib.

Məhkəmə prosesi iyulun 5-də davam edəcək.

 




Ana səhifəyə qayıt        Baxış: 753          Tarix: 19-06-2017, 15:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma