Xəbər lenti

Milli Məclisdəki müzakirələrdə deputat Qüdrət Həsənquliyevin keçmiş prezidentlərin, həmçinin M.Ə.Rəsulzadənin adlarının əbədiləşdirilməsi ilə bağlı səsləndirdiyi fikirlərə YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzovdan reaksiya gəldi. 
“Yeni Azərbaycan Partiyası hər bir kəsin xidmətini yüksək qiymətləndirir, xidməti olan hər kəsin adının əbədiləşdirilməsinin tərəfdarıdır”-deyə, S.Novruzov çıxışında bildirdi.
O, qeyd etdi ki, deputat həmkarı Qüdrət Həsənquliyevin dediklərindən fərqli olaraq, ulu öndər Heydər Əliyevin digərləri ilə müqayisə edilməsi düzgün deyil: “Çünki ulu öndəri Azərbaycan xalqı hakimiyyətə qaytarıb. Xaosun, seperatizmin, ölkəmizin müstəqilliyinin təhlükə altında olduğu zamanda ulu öndər hakimiyyətə gələrək Azərbaycanı xilas etdi. Ulu öndər hakimiyyətə gəlməklə tək Azərbaycanı deyil, eyni zamanda bugünkü və o zamanki hakimiyyətdə olan müxalifəti xilas etmiş oldu. Yəqin ki, Sürət Hüseynov tərəfindən Azadlıq meydanında dar ağacları qurulması və o ağaclardan kimlərin asılacağı bəlli idi. Odur ki, ümummilli lider müxalifətdə olanları xilas etdi. Buna görə də ulu öndərin adı əbədiləşdirilməli, onun adına məktəb, universitet olmalıdır. Çünki ulu öndər xalqın ən ağır vəziyyətində onların yanında olub” .

 




Ana səhifəyə qayıt        Baxış: 946          Tarix: 30-06-2017, 16:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma