Xəbər lenti

 Bakı şəhərindəki 27 nömrəli tam orta məktəbHeydər Əliyev Fondunun təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görüş keçirilib.
Ovqat.com Təhsil Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə fondun nümayəndəsi Cavid Məmmədzadə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri barədə danışıb. Həmçinin şagirdlərə tarixin müxtəlif dövrlərində, xüsusilə XX əsrin sonlarında Ermənistan silahlı birləşmələrinin və onların havadarlarının köməyi ilə işğal olunmuş Dağlıq Qarabağ ərazisində, o cümlədən Xocalı şəhərində törətdikləri kütləvi qırğın və soyqırımı ilə bağlı məlumat verilib.
Daha sonra 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan  "Xocalıya ədalət!" beynəlxalq kampaniyası  çərçivəsində görülən işlərdən danışılıb.
Qeyd edək ki, paytaxt məktəblərində belə görüşlər davam etdiriləcək.


 




Ana səhifəyə qayıt        Baxış: 570          Tarix: 14-04-2017, 20:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma