Xəbər lenti

 

“ABŞ-ın qarşısında iki yol var - ya YPG-PKK'yla əlaqələrini gücləndirəcək, ya da Türkiyə ilə bütün problemləri həll edəcək və əl verib görüşəcək. Ya düşmənçilik ya dostluq; ya xəyanəti bölüşmək, ya da daimi strateji tərəfdaşlıq. ABŞ üçün başqa alternativ qalmamışdır”.

Ovqat.com xəbər verir ki, bu sözləri Türkiyənin Milli Hərəkat Partiyasının sədri Dövlət Baxçalı bu gün ölkə parlamentində etdiyi çıxışında bildirib.

Baxçalının bu fikirləri Türkiyə və ABŞ prezidentlərinin bu gün gözlənilən görüşündən əvvəl dilə gətirməsi diqqətçəkicidir. Qeyd edək ki, Ərdoğanın ABŞ-a səfərindən iki həftə əvvəl Tramp Suriyadakı kürd separatçılarını silahlandırmaq barədə qərar qəbul etmiş və bu qərar Ankaranın ciddi etirazına səbəb olmuşdu.

Türkiyə prezidentinin məhz bu gərgin ortamda ABŞ-a səfəri qardaş ölkənin öz siyasi tarixində ən həlledici addımları atmasını şərtləndirə bilər. Ekspertlər iki liderin görüşündən heç bir nəticə hasil olmasa, Türkiyənin tarixdən gələn Qərbə yönəliş strategiyasından tamamilə imtina edə biləcəyini düşünürlər.




Ana səhifəyə qayıt        Baxış: 1 179          Tarix: 16-05-2017, 14:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma