Xəbər lenti
 

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Suriyaya zərbə endirməsini yalançı bəhanə ilə suveren dövlətə qarşı təcavüz və beynəlxalq hüquq normalarının pozulması kimi qiymətləndirir".
APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib. O bildirib ki, Suriya ordusunun kimyəvi silah ehtiyatı yoxdur: "Bütün ehtiyatların məhv edildiyi faktı BMT-nin xüsusi qrupu tərəfindən qeydə alınıb və təsdiqlənib. Prezident Putinin fikrincə, terrorçular tərəfindən kimyəvi silahdan istifadə edilməsi faktlarının tam inkar olunması vəziyyəti ciddi şəkildə çətinləşdirir. Bundan başqa, dövlət başçısı hesab edir ki, ABŞ-ın Suriyaya zərbə endirməsi İraqda dinc əhali arasındakı çoxsaylı itkilərdən diqqəti yayındırmaq cəhdidir".
Xatırladaq ki, aprelin 7-nə keçən gecə ABŞ prezidenti Donald Trampın əmri ilə ABŞ-ın Aralıq dənizindəki hərbi gəmiləri Suriya hökumət qüvvələrinin istifadə etdiyi Şayrat aviabazasına raket zərbələri endirib. Nəticədə, ilkin məlumatlara əsasən, 4 Suriya hərbçisi ölüb, aviabaza dağıdılıb.



Ana səhifəyə qayıt        Baxış: 1 346          Tarix: 7-04-2017, 09:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma