Xəbər lenti
Bakıda dilənçiliklə məşğul olan şəxslər yaxalanıb.
 
Ovqat.com xəbər verir ki, Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Nərimanov rayonu ərazisində dilənçilikə məşğul olduqlarına görə 15 nəfər polis əməkdaşları tərəfindən saxlanılaraq barələrində protokollar tərtib edilib.
Maraqlıdır, onlardan soruşdularmı ki, "Dərdiniz, probleminiz nədir, niyə dilənirsiz"? Yaxud, çarəsizlikdən dilənmək zorunda qalan zavallılara iş təklif olundumu?
Şair demişkən, axı "onlar dilənçi deyil, onları dilənçi edən var"
Deyəsən, insanı dilənçi olmağa məcbur edənlər deyil, dilənçilər günahkardı bu şəhərdə...


Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 870          Tarix: 8-04-2017, 12:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma