Xəbər lenti

Avropanın cənubunda “Lucifer” (Şeytan) adı verilən isti hava axını temepraturun 40 dərəcəni keçməsinə səbəb olub.

Publika.az xəbər verir ki, insanlara gündüz saatlarında küçəyə çıxmamaları və çoxlu maye qəul etmələri tövsiyə edilib. Afrikadan əsən isti küləklər və yüksək rütubətlə birlikdə bəzi bölgələrdə temperatur 50 dərəcəyə yüksəlib.

Hava məlumatlarının yer aldığı MeteoAlarm dünəndən İtaliya, İspaniya, Xorvatiya, Bosniya-Hersoqovina, İsveçrə, Macarıstan, Slovakiyanın da yer aldığı 11 ölkə üçün qırmızı həyəcan xəbərdarlığı edib. İtaliyada temperaturun 40 dərəcədən çox olması xəstəxanaların təcili yardım şöbələrinə müraciətləri 15 faiz artırıb. İspaniyanın Sevilya, İtaliyanın Sardiniya adaları, Xorvatiyanın Novska vilayətində temperatur 40 dərəcədən yüksəkdir. Xorvatiyanın Split hava limanında həftəlik temperatur 42.3 dərəcə olaraq qeydə alınıb.

Havanın temperaturunun yüksəlməsinin meşə yanğınlarına səbəb olacağı bildirilir. İtaliyada Abruzzo meşəsində yanğından 79 yaşlı qadın ölüb. Bu ölkədə yazın əvvəlindəki quraqlıq və dolunun kənd təsərrüfatına mənfi təsir etdiyi bildirilir. Bu da zeytun məhsuldarlığında 50, süt istehsalında 30 faiz azalma qeydə alınıb. Bu ölkədə isti hava həm də şərabçılığa da mənfi təsir göstərib.

 




Ana səhifəyə qayıt        Baxış: 502          Tarix: 5-08-2017, 14:35      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent