Xəbər lenti

Qabil Hüseynli: “Onların beyni şovinist ideyası ilə zəhərlənib”

Gələn il Ermənistanda prezident seçkiləri keçiriləcək. Maraqlıdır, S.Sərkisyanın hakimiyyətdən getməsi, hakimiyyətə yeni qüvvələrin gəlməsi Qarabağ probleminin həllində yeni bir perspektiv aç bilərmi?

Moderator.az-a açıqlama verən politoloq Qabil Hüseynli bu ehtimalın kifayət qədər aşağı olduğunu vurğuladı:

“Sərkisyandan sonra hansı qüvvələrin hakimiyyətə gələcəyindən çox şey asılı olacaq. Ermənistanda millətçilik zehniyyətindən azad siyasi cərəyanlar çox azdır. Onların beyni şovinist ideyası ilə zəhərlnib. Erməni siyasi partiyaları beynəlxalq dəyərlərlə hesablaşmaq istəmir.

Ermənistanda rejim dəyişikliyi münasibətlərə bir yumşaqlıq gətirə bilər. Lakin Ermənistanda Qarabağ probleminin həlli məsələsində normal mövqe ortaya qoyacaq siyasi cəryanın mövcudluğu fkrinə ehtiyatla yanaşmaq lazımdır”.




Ana səhifəyə qayıt        Baxış: 888          Tarix: 20-07-2017, 15:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma