Roza Ovannisyan
Lragir.am, 23.09.2017
Ermənistan Ərazi İdarəetmə Nazirliyi Miqrasiya Xidmətinin rəisi Qagik Yeganyanın Ermənistanda miqrasiya problemləri haqda müsahibəsini Strateq.az-ın oxucularına təqdim edirik.
-Cənab Yeganyan, Rusiya “Yurddaşlar” proqramını genişləndirir. Bu günlərdə elan olunub ki, Orenburq vilayəti və Başqırdıstana mütəxəssislər dəvət olunur. Bu, Ermənistan tərəfini narahat eləmir?
-Rusiya öz vəzifələrini həll edir və yurddaşları hansı bölgədə məskunlaşdırmağı da özü müəyyən edir.
-Lakin bu proqram çərçivəsində ermənilər üçün də cəlbedici şərait yaradılır ki, bu da miqrasiya tempinin artımına səbəb olur.
-Bəli, Rusiyanın immiqrasiya üçün cəlbedici şərait yaratmasında qəribə nə var? Bunu beynəlxalq praktikada artıq çoxdan tətbiq edirlər.
-Əhalininn kütləvi qaydada Rusiyaya köç etməməyi üçün Ermənistan tərəfi bu addımlara qarşı hansısa tədbirlər görməməlidirmi?
-Ölkəmizdə cəlbedici şərait olsaydı, qürbətə bu cür maraq olmazdı. Baş nazirin dediyi kimi, ölkə ölkə olarsa, adamlar getməycəklər. Ölkədə normal şərait, yüksəkmaaşlı iş yerləri, normal əxlaqi-psixoloji atmosfer, sabitlik və inam yaratmaq lazımdır, vətəndaş cəmiyyəti düzgün dəyərlər sisteminin biçimlənməsinə şərait yaratmalıdır ki, Ermənistandan vurub çıxaran amillər azalmış olsun. Amma, ümumiyyətlə, perspektivləri və çıxıb getmək niyyətini adamın özü müəyyən edir. Rusiya özünün demoqrafik vəzifələrini həll etməyə səy göstərir və bunun üçün cəlbedici şərait yaradır.
-Ancaq bu, Ermənistanda demoqrafik durumun pisləşməsinə səbəb olur. Rusiya öz addımlarını Ermənistanla razılaşdırır?
-Rusiya öz vəzifələrini həll edir və hökm deyil ki, öz addımlarını başqa ölkələrlə razılaşdırsın.
-Ermənistan tərəfinin duruma təsir üçün rıçaqları varmı, Ermənistan öz vətəndaşlarının gedişini məhdudlaşdıra bilərmi?
-Məhdudlaşdırmaq nə deməkdir? Nədir, adamların Rusiyaya getməyini və yaxud Rusiyaya öz proqramını yerinə yetirməyi yasaqlamalıyıq? Amerikanın Qrin kart proqramının fəaliyyətini qadağan edə bilərikmi? Və niyə hamı Rusiyadan danışır, Qrin kart haqda isə susurlar?
-Çünki “Yurddaşlar” proqramı üzrə daha çox camaat gedib.
-Bəs sizdə statistika varmı?
-Bəs “Yurddaşlar” proqramı üzrə nə qədər adamın getdiyi haqda sizdə statistika varmı?
-Bunlar incə suallardır və onu proqramı həyata keçirən qurumlara göndərmək lazımdır. Biz qeydiyyat aparmağa borclu deyilik. Bizim heç bir səlahiyyət və yurisdiksiyamız yoxdur. 1946-cı ildə Sovet Ermənistanına dönüş təşkil olunanda və 250 min nəfər gələndə sovet hökuməti ki Fransa və İran hökumətləri ilə əməkdaşlıq etmirdi. Sadəcə, çağırışla müraciət etdi və adamlar səs verdilər.
-Bu proqram sizi narahat etrmir?
-Bizi adamların getməyi narahat edir. Amma gedirlər, çünki şərait pisdir. Bir yığın itələyici durumlar var – iş yerləri, ədalət kasadlığı. Əksəriyyət əmək şəraiti üzündən gedir.
Tərcümə Strateq.az-ındır.
Paylaş: