Xəbər lenti
İŞİD Bağdadinin yeni səs yazısını yayımladı
İraq Şam İslam Dövlətinin (İŞİD) keçmiş lideri Əbu Bəkr Əl-Bağdadiyə aid yeni səs qeydləri yayımlanıb.

Publika.az xəbər verir ki, qeyddə terrorçu liderə aid olduğu deyilən səs Şimali Koreyanın Yaponiya və ABŞ-a qarşı təhdidlərindən bəhs edib. Bununla yanaşı, İraq qüvvələrinin geri qaytardığı Mosul, Xüms, Rakka kimi böyük İŞİD şəhərlərindən də söz açıb. Səs qeydinin böyük qismi dini istinadlara söykənən məlumatlardan ibarət olub.

İŞİD-lə bağlantısı olan bir sayt tərəfindən yayımlanan 46 dəqiqəlik səs qeydi 2016-cı ilin noyabr ayından bəri yayımlanan tək qeyddir.

ABŞ Müdafiə Nazirliyindən səs qeydi ilə bağlı açıqlama verilib. Bildirilib ki, məsələ ilə bağlı araşdırmalar başlayıb.

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin sözçüsü Rayn Dillon Bağdadinin öldüyünə dair dəlilin tapıldığı ana qədər onun yaşadığı ehtimalı üzərində dayanacaqlarını bildirib.

Qeyd edək ki, ABŞ Bağdadinin başına 25 milyon dollar mükafat qoyub. Lakin terrorçu lider 2014-cü ildən etibarən ictimai məkanlarda və mediada görünməyib. Bu da onun yaşayıb-yaşamadığını sual altında qoyub.

Bağdadinin görüntüləndiyi son yer Mosul şəhərindəki Əl-Nuri məscidi olub.




Ana səhifəyə qayıt        Baxış: 674          Tarix: 29-09-2017, 16:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma