Koreya Xalq Demokratik Respublikası (KXDR) təsəvvür oluna bilməyəcək zərbə vasitələrinə malikdir.
Publika.az SİTA agentliyinə istinadən xəbər verir ki, bu haqda Şimali Koreyanın dövlət nəşri “Rodong Sinmun”un məqaləsində deyilir.
Məqalədə iddia edilir ki, ABŞ-la müharibə olacağı halda, KXDR “yəqin qələbə qazanacaq”.
“Xalq və Koreya Xalq Demokratik Respublikasının ordusu Amerika imperialistlərini məhv etməyə və nəyin bahasına olursa-olsun vətənin yenidən birləşdirilməsinə nail olmağa köklənib”, - nəşr vurğulayır.
Xatırladaq ki, KXDR-in Asiya-Sakit okeanı Regionunda Sülh üzrə Komitəsinin nümayəndəsi ötən gün yeni bəyanatla çıxış edib. Bəyanatda ABŞ prezidenti Donald Trampın yürütdüyü siyasət tənqid olunur və Amerika "alov dənizinə" çevirməklə hədələnir.
Paylaş: