Əsədin müharibədə qələbə qazanmağa başlaması Dəməşqin müttəfiqləri İran və Hizbullahın da irəliləməsinə səbəb olur. ABŞ mütləq öz nüfuzundan istifadə etməlidir.
Ovqat.com Axar.az-a istinadən xəbər verir ki, bu sözləri İsrail Müdafiə naziri Aviqdor Liberman deyib.
“Qərb ölkələri, mötədil sünnilər və bir çoxları Əsədin rəğbətini qazanmaq üçün növbəyə dayanıb. Birdən-birə hər kəs Əsədə yaxın olmaq istəyir. ABŞ-ın Suriya və Yaxın Şərq regionunda daha aktiv olmasına ümid edirik. Ruslar, iranlılar, eyni zamanda türklər və Hizbullahla qarşı-qarşıya qalırıq. Bu elə də asan məsələ deyil”, - Liberman bildirib.
Xatırladaq ki, bir qədər əvvəl İran və Hizbullahın Suriya-İsrail sərhədində hərbi baza yaratmayacağı haqqında rəsmi Təl-Əvivin Vaşinqtondan zəmanət istədiyi barədə məlumat yayılmışdı.
Paylaş: