“Suriya, Rusiya, İran və Hizbullahın ortaq mənfəətləri var və bu çox narahatedicidir. Çünki bütün bu hadisələr İsrailə çox yaxın bir bölgədə meydana gəlməkdədir. Bu görə də İsrail və ona bağlı təhlükəsizlik təşkilatları həm rutin, həm də fövqəladə bütün hallara hazır olmalıdır”.
Ovqat.com xəbər verir ki, bunu İsrail parlamentinin (Knesset) Təhlükəsizlik və Xarici əlaqələr Komissiyasının rəhbəri Avi Diçter deyib.
Hizbullahın Suriyada ciddi döyüş təcrübəsi keçdiyini iddia edən Diçter bu təşkilatın artıq nizami bir ordu kimi formalaşdığını və mükəmməl hərbi taktikalara yiyələndiyini bildirib:
“Hizbullah artıq kiçik qrup deyil, hissə və batalyonlara sahib olan, hava və artilleriya imkanları əldə edən silahlı qüvvədir. Yüksək həssaslıq gücünə sahib silahları geniş şəkildə istifadə etməyi bacarır, Suriya, Rusiya və İran ordusuyla əməkdaşlıqlar qurur”.
O, Hizbullahla yaşanacaq növbəti müharibə ehtimalının əhəmiyyəti və forması baxımından indiyə qədərkilərdən xeyli fərqlənəcəyini düşünür:
“İsrail ordusu bu döyüş üçün plan və proqramlar ortaya qoymalıdır və mənim bildiyimə görə, bu istiqamətdə lazımlı addımlar atılır. Ölkəmiz üçün narahat olmalıyıq. İsrailin Yeni Yaxın Şərqin şimalında yerləşdiyi aydındır və bu, bizim üçün heç yaxşı hal deyil”.
Paylaş: