Xəbər lenti

Kürd referendumunun əsl hədəfi ORTAYA ÇIXDI: yəhudilərin GİZLİ MƏQSƏDLƏRİ
Məsud Bərzaninin keçirdiyi “müstəqillik referendumu” türkman torpağı olan Kərkükün işğal planına çevrildi. Bir tərəfdən Bərzani demoqrafik vəziyyətin dəyişdirildiyi Kərkükü də qondarma referenduma daxil etdi, digər tərəfdən ABŞ-ın dəstəklədiyi PKK/PYD Suriyada üzünü Deyrizor bölgəsinə çevirdi. Deyrizor üzərindən Suriyanın cənubunu hədəfə alan PKK əslində 83 il öncə cızılmış bir xəritənin həyata keçirilməsi prosesində iştirak edir. Söhbət Kərkük neftinin İsrailin Hayfa limanına daşıyacaq boru xətti layihəsindən gedir. Kərkük nefti 1934-cü il 15 sentyabr tarixindən başlayaraq, Hayfa limanına daşınırdı. Lakin 1948-ci ildə İsrail yaranandan sonra, bu xətt bağlandı.

Publika.az
 xəbər verir ki, “Yeni Şafak” qəzeti Bərzaniyə dəstək verən İsrailin Kərkük və Suriya neftinə təkbaşına hakim olmaq istədiyini yazır.

“Əslində “Böyük Kürdüstan” “Böyük İsrail” layihəsidir və Kərküklə Mosulun ələ keçirilməsində hədəf İraq və Suriya neftini Hayfa limanına daşıyacaq layihənin həyata keçirilməsidir”, - deyə nəşr qeyd edib.

1934-cü ildə Kərkük nefti Suriyanın cənubundan keçərək Hayfa limanına çıxarılırdı. Bu xətt yəhudilərin Fələstinə köçünün davam etdiyi 30-cu illərdən ərəb-İsrail müharibəsinin başladığı 1948-ci ilə qədər işlədi. 1948-ci ildən indiyə qədər xətt bağlıdır. 1934-cü ilin şərtlərinə görə cızılan xəritədə Kərkük neftinin Aralıq dənizinə çıxarılması üçün daha bir alternativ var idi. Bu, Suriyanın Palmira və Humus bölgələrindən keçərək, Trablus limanına çıxmaq idi. Rusiyanın Suriyaya girməsi ilə bu alternativ hazırda rəfə qaldırılıb. Çünki Trablus limanı ruslarla Əsədin nəzarət etdiyi Tartus-Lazkiyə bölgəsindədir.

“Yeni Şafak” iddia edir ki, bu alternativ sıradan çıxdığına görə İsrail üçün Yaxın Şərqin neft yolları yenidən cızıldı.

“Yaxın Şərq nefti və “vəd edilmiş torpaqlar” üçün İsrail həm referendumla İraqı bölmə həmləsini etdi, həm də Bərzaninin əli ilə Kərkük işğal etdi. Bölgədə ABŞ-İsrail cəbhəsinə qarşı çıxanlar tamamilə təmzilənəcək və neftin Hayfa limanına çıxması ehtimalı daha da artacaq. PKK/PYD də 1934-cü ildəki xəritədə yer alan ərazilərin təhlükəsizliyi üçün Deyrizorun cənubuna qədər irəlilədi. Bu terror təşkilatının yaxın günlərdə İran-Suriya arasında keçid qapısı olan Tanf bölgəsinə də hücumu gözlənilir. Tanfa bölgəsi PKK/PYD-nin əlinə keçərsə, İsrailin cızdığı yeni neft xəttinin təhlükəsizliyi böyük ölçüdə təmin ediləcək”, - deyə məqalədə bildirilir.

Qəzet İsrailin yeni Yaxın Şərq neft xəttinin trayektoriyasını də açıqlayıb: “Kərkük-Mosul-Rumeylan-Deyrizor-Tanf-Hayfa. Tanfanın ələ keçirilməsi ilə Kərkük-Mosul, həmçinin, Suriyanın Rumeylan və Deyrizordakı zəngin neft əraziləri də bu xəttə qatılacaq”.




Ana səhifəyə qayıt        Baxış: 422          Tarix: 4-10-2017, 17:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma