Xəbər lenti

Dərin dövlət Trampa QARŞI: Las-Veqas qətliamını törədən Stefanın SİRRİ AÇILDI

Las-Veqasda 59 nəfəri öldürən, 500-dən çox insanı yaralayan Stefan Paddok haqda yeni detallar ortaya çıxıb.

Publika.az
 xəbər verir ki, türkiyəli yazar Taha Dağlı qətliamla bağlı maraqlı araşdırma aparıb.

Stefanın İŞİD-lə bağlantısı olduğu iddia edilsə də, sonradan bu, təkzib edildi. ABŞ mediası və polisi israrla bu şəxsin psixoloji problemlərinin olduğunu deyir. 64 yaşında olan və bu yaşa qədər heç bir cinayət törətməyən, hətta yol qaydalarını belə pozmayan Stefanın belə bir qətliam törətməsinin sirri nədir?

Diqqət çəkən detallar: Qətliam Las-Veqasda baş verdi. Bu şəhər əyləncə və qumarın mərkəzidir. Burada milyardlarla pul dövr edir. Əgər hadisədə məqsəd nəyəsə mesaj verməkdirsə, bu, kimə verilir nədən ibarətdir?



Son dövrlər ABŞ-da polis qaradərili insanlara təzyiq edir. 2011-ci ildə Louis şəhərində bir qaradərilini öldürən polislər ötən ay həbs olundu. Məhkəmənin qərarından sonra qaradərililər etiraz aksiyaları keçirtdilər. ABŞ-da iki qasırğa baş verdi, hər ikisində də evlər, mağazalar talan edildi. Talan edənlərin qaradərili olduğu iddia ediləndən sonra irqçilər küçələrə çıxaraq etiraz aksiyası keçirtdilər.

Bu dəqiqdir ki, ABŞ-da dərin dövtlə Tramp arasında müharibə gedir. Maraqlıdır ki, Las-Veqas qətliamını törədən Stefan Trampa qarşı aksiyalarda aktiv iştirakçı olub. Ola bilərmi ki, bu qətliamla etirazların bağlantısı olsun?! O da maraqlıdır ki, Stefanın anti-Tramp aksiyalarında iştirakını sübut edən videolar ortaya çıxanda ABŞ mediası buna yer vermədi. Halbuki, bu, çox ciddi detaldır. Əslində ABŞ mediasının bu videolara yer verməməsi Las-Veqas qətliamında şübhələrə yol açır.

Asif




Ana səhifəyə qayıt        Baxış: 679          Tarix: 5-10-2017, 16:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma