Xəbər lenti

 

Rusiya hüquq-mühafizə orqanları Tatarıstanda adamyeyəni saxlayıb.
Ovqat.com publika.az-a istinadən xəbər verir ki, bu haqda Rusiya İstintaq Komitəsinin Tatarıstan üzrə idarənin mətbuat xidməti bildirib.
O, qonşusunu öldürərək onun bədəninin hissələrini yediyini etiraf edib.
Məlumata görə, hadisə oktyabrın 5-də gecə saatlarında respublikanın Aksubayevski rayonunda baş verib. 40 yaşlı şübhəli şəxs 53 yaşlı qonşusuna qonaq gəlib. Şübhəli şəxs əvvəlcə onu döyüb, daha sonra boğazını kəsib. Qonşusunun bədəninin bəzi hissələrini yeyən kişi daha sonra polisə zəng vuraraq cinayəti etiraf edib.
Xatırladaq ki, daha əvvəl Rusiyanın Krasnodar vilayətinin ərazisində hüquq-mühafizə orqanları adamyeyən ailəni ifşa ediblər.




Ana səhifəyə qayıt        Baxış: 941          Tarix: 5-10-2017, 23:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma