Xəbər lenti

Türkiyə bundan imtina edə bilər - Moskvaya ŞOK

Birgə istehsal haqqında razılaşma əldə olunmasa, Türkiyə Rusiyadan S-400 zenit-raket sistemlərinin alınmasından imtina edə bilər.

Publika.az SİTA agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Çavuşoğlu Rusiya və Türkiyənin birgə istehsal mövzusunda prinsipcə razılaşdığını söyləyib. Türkiyə xarici işlər nazirinin sözlərinə görə, birgə istehsal mövzusunda təklif məhz Rusiya prezidenti tərəfindən dilə gətirilmişdi.

"Bu açıqlamanın (birgə istehsalın olmayacağı barədə -red.) kimdən gəldiyini bilmirəm, amma biz orta və uzunmüddətli birgə istehsal mövzusunda prinsipcə anlaşdıq. Ruslar bunu etməsə, başqa bir ölkə ilə razılaşa bilərik. Amma bizə rəsmi olaraq informasiya gəlməyib. Putin özü bizə dedi ki, birgə istehsal mövzusunda addımlar ata bilərik, hətta texnologiya inkişaf etdirilə bilər. Mən də həmin toplantıda idim", - Çavuşoğlu bildirib.

Sentyabrda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara Moskva ilə S-400-lərin çatdırılması haqqında razılaşmanı imzalayıb və artıq ilkin ödəniş edilib. Rusiya prezidentinin köməkçisi Vladimir Kojin bu informasiyanı təsdiq edib. Eyni zamanda, o qeyd edib ki, S-400-ün istehsal texnalogiyasının Türkiyəyə verilməsi haqqında məsələ müzakirə edilmir.

Türkiyə xarici işlər nazirinin bəyanatını şərh edən Rusiya prezidentinin sözçüsü Dmitri Peskov S-400-lərlə bağlı müzakirələrin ekspertlər səviyyəsində aparıldığını deyib.

Daha əvvəl zenit-raket komplekslərinin satışı üzrə danışıqların gedişatı ilə tanış olan mənbə Gazeta.ru-ya bildirmişdi ki, Rusiya “Triumf” S-400 zenit-raket komplekslərinin daxili sistemlərinə Türkiyə mütəxəssislərini buraxmaqdan imtina edib.

“Daxili sistemlərə girişi və bütün elektron kodları onlara vermirik. Razılığa əsasən, komplekslərə texniki xidməti yalnız Rusiya tərəfi həyata keçirəcək. Türkiyə mütəxəssisləri kompleksləri aça bilməyəcəklər. Türklər kodları və komplekslərə nəzarəti onlara verməyimizi istədi. Amma biz bu tələbləri rədd etdik”, - mənbə deyib.




Ana səhifəyə qayıt        Baxış: 626          Tarix: 9-10-2017, 17:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma