Xəbər lenti

Rusiya ABŞ kəşfiyyatçılarını bu üsulla de-şifrə edirdi - ŞEYTANIN BELƏ AĞLINA GƏLMƏYƏN ÜSUL - FOTO

Günümüzdə də davam edən Rusiya-ABŞ kəşfiyyat müharibəsinin tarixi keçmişə dayanır. Bu savaşın ən qzığın dövrlərindən biri isə II Dünya müharibəsindən sonra başlanan “soyuq müharibə” vaxtı idi. Amerikalılar rus adı altında Moskvada, ruslarsa amerikalı adı altında Vaşinqtonda sözün həqiqi mənasında “yeraltı döyüş” aparırdı. Amma tarixi mənbələr Rusiyanın ABŞ casuslarını daha çox de-şifrə etdiyini yazır. Bunun səbəbi isə olduqca sadə və maraqlıdır.

Publika.az
 xəbər verir ki, SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (KQB) amerikalı casusları pasport əsasında de-şifrə edirmiş.



Məlumatlara görə, SSRİ-nin pasportlarında sancaq tez paslanan dəmirdən düzəldilirmiş. Amerikalılarda isə əksinə, pasportun sancağı paslanmayan poladdan olurmuş. SSRİ kəşfiyyatçıları ölkəyə daxil olmaq istəyən amerikalı casusun pasportuna baxır və sancağın paslanmadığını gördükdə həbs edirmiş. Hətta yüzlərlə amerikalı casusun məhz bu üsulla tutulduğu deyilir.

Amerikalılar isə bu üsulu çözə bilmirmiş. Hətta uşaqlıqdan hazırlanan, rus dilini ana dili səviyyəsində bilər, xüsusi təhsil almış casuslar belə bu üsulla de-şifrə olunurmuş. Rusların bu üsulu yalnız “soyuq müharibə” başa çatandan sonra, yəni SSRİ dağılandan sonra ortaya çıxıb.




Ana səhifəyə qayıt        Baxış: 679          Tarix: 13-10-2017, 15:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma