Xəbər lenti

Polkovnik hərbçilərin sosial şəbəkələr vasitəsilə ölkə rəhbərliyinə şikayətindən sonra postundan məhrum edilib...
Hökumət başçısına sadiq hesab edilən məşhur alay komandirlərindən biri rüşvətxorluğa görə tutduğu postdan azad edilib. 
Moderator.az Rusiyanın “Qafqaz. Gerçəkliklər” nəşrinə istinadla yazır ki, söhbət Çeçen Respublikasının adlı-sanlı “Sever”(Şimal) alayının komandiri, polkovnik Raxman Abdulkadırovdan gedir. Hüquq-mühafizə orqanlarındakı mənbələrin verdiyi xəbərə görə, polkovnik  bir neçə hərbi qulluqçunun sosial şəbəkələr vasitəsilə respublika rəhbərliyinə müraciətindən sonra  vəzifəsindən məhrum edilib. Rəsmi yoxlama sübut edib ki,  alay komandiri tabeliyində olan hərbçinin hər birinin aylıq məvacibindən zorla xeyli məbləğdə pul əldə edirmiş. Komandirin postundan azad edilən kimi kadırovçular tərəfindən döyüldüyü də bildirilir.
Xəbərdə xatırladılır ki,  Çeçenistanda daha çox “Burıy” ləqəbiylə tanınan  Raxman Абдулкадыров  2015-ci ildə “Sever” alayının komandiri olub. Ümumiyyətlə, Ramzan Kadırovun  komandasında isə 2000-ci ildən çalışır.



Ana səhifəyə qayıt        Baxış: 864          Tarix: 14-10-2017, 14:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma