Koreya Xalq Demokratik Respublikası (KXDR) nüvə silahının tamamilə qadağası ideyasını dəstəkləyir.
Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda KXDR-in BMT-dəki daimi nümayəndəsi Kim İn Ren bildirib.
O həmçinin əlavə edib ki, Pxenyan ABŞ-ın bu silaha malik olduğu müddətdə öz arsenalını saxlamaq niyyətindədir. Nüvə müharibəsinin istənilən vaxt başlana biləcəyini deyən diplomatın sözlərinə görə, Pxenyanda mövcud olan nüvə silahı və ballistik raketlər özünümüdafiə üçün vacibdir.
“Dünyada heç bir ölkə ABŞ tərəfindən belə uzun müddətdə ekstremal və birbaşa nüvə təhdidinə məruz qalmayıb. "Koreya yarımadasında vəziyyət kritik nöqtəyə çatıb və nüvə müharibəsi istənilən vaxt başlana bilər. ABŞ Koreya Xalq Demokratik Respublikasını nüvə silahı ilə şantaj edir və eyni zamanda nüvə silahının qadağası haqqında müqaviləni inkar edir. Koreya Xalq Demokratik Respublikası bununla razılaşmayacaq”, - diplomat əıavə edib.
Daha əvvəl ABŞ-ın dövlət katibi Reks Tillerson bildirib ki, “birinci bomba düşmədiyi müddətdə” KXDR ətrafında böhranın nizama salması üzrə diplomatik səylər davam etdiriləcək.
Bir neçə gün əvvəl isə ABŞ prezidenti Donald Tramp qeyd edib ki, KXDR barəsində öz hərəkətləri haqqında qabaqcadan danışmaq niyyətində deyil.
Nüvə müharibəsi ehtimalını yüksək qiymətləndirən ekkpertlər hesab edir ki, bunun dəhşətli nəticələri ola bilər. Məsələn, Con Hopkins adına Universitetin nəzdində fəaliyyət göstərən ABŞ və Koreya İnstitutunun əməkdaşı, amerikalı alim Maykl Zaqurekin fikrincə, göydələnlərin üzərində nəhəng göbələkşəkilli bulud bir anda iki milyonun insanın həyatına son qoya bilər. Alim bu nəticəyə Pxenyanın arsenalında olan döyüş başlıqları və daşıyıcılarının sayı ilə yanaşı, potensial şəhər-hədəflərdə əhali sıxlığı və onların coğrafi mövqeyinə əsaslanaraq gəlib.
Zaqurek yekunlaşdırır: "ABŞ-ın KXDR ilə öz fikir ayrılıqlarını hərbi yolla həll etmək barədə istənilən cəhdi faciəli qərardır".
Ekspert cəmiyyətinin qiymətləndirmələrinə görə, Şimali Koreyanın arsenalında bu gün 25 nüvə döyüş başlığ var və onların gücü 15-dən 25 kilotona qədər qiymətləndirilir. Pxenyan sentyabrın 3-də istilik-nüvə qurğusunu sınaqdan keçirdi. Onun təxmini gücü 108-dən 250 kilotona qədər idi.
Tədqiqatçının fikrincə, “isti” qarşıdurmanın mərhələsi Pxenyanın istənilən sonrakı nüvə sınaqlarından sonra başlana bilər. Onun sözlərinə görə, KXDR dövlət televisiyasında işıqlandırılması ilə yeni silahın dağıdıcı gücünü yoxlamaq üçün hava və ya sualtı partlayışlar barədə qərar verə bilər.
“Bu, yalnız ABŞ-da deyil, belə sınaqlardan imtina etmiş “nüvə klubu”nun (ABŞ, Fransa, Rusiya, Böyük Britaniya və Çin daxildir –red.) sərt reaksiyasını doğura bilər”, - Maykl Zaqurek bildirib.
Hadisələrin eskalasiyasının ikinci mümkün variantı kimi Şimali Koreyaya qarşı uzunmənzilli ballistik raketlərin işə salınması nəzərdən keçirilir. Bu raketlərin ABŞ-ın Quam adasına çox yaxın düşməsi müharibənin başlanması üçün əsas yarada bilər. Zaqurekin fikrincə, ABŞ Pxenyanın nazı ilə oynamayacaq.
Və, nəhayət, üçüncü variant Şimali Koreya lideri Kim Çen In və onun tərəfdarlarının fiziki ləğvi məqsədi ilə yüksək dəqiqlikli silahla zərbədir. Bu, ən təhlükəli ssenaridir və praktik olaraq Pxenyanı nüvə zərbəsinə qədər təhrik edəcək.
Zaqurekin fikrincə, Kimin sülaləsini onların ölkəsinin yerində tezliklə radioaktiv səhranın qalacağı faktı da dayandırmayacaq.
Müharibə halında, Pxenyan əsas zərbələri ABŞ-ın bölgədəki müttəfiqləri olan Cənubi Koreya və Yaponiyanın paytaxtlarına endiriləcək. Qiymətləndirmələrə görə, hətta Şimali Koreyanın atdığı raketlərin beşdə biri hədəflərə çatarsa, Seul və Tokionun mərkəzi rayonları tamamilə məhv ediləcək.
Paylaş: