Xəbər lenti

Anders Aslund

“Project Syndicate” (Çexiya)

 

Son onillikdə, prezident Vladimir Putin öz səlahiyyətlərini möhkəmləndirdiyi zamanda, Rusiya sanki sosial və iqtisadi baxımdan geriyə doğru hərəkət edən görünürdü. Kremlin bu trayektoriyanı geri çevirməli olduğunu bildiyinə baxmayaraq, əsl islahat Putin rejiminin kleptokratik xarakterinə uyğun gəlməzdi.

1984-cü ildə, Mixail Qorbaçovun hakimiyyətə gəlməsindən qabaq, Moskvada düşünürdülər ki, Sovet İttifaqı daşlaşıb və heç nə onu dəyişə bilməyəcək. Sonra hər şey qəfil dəyişdi, səthin altında meydana gələn transformasiyanın dərəcəsini ortaya qoydu.

Bu gün Moskvada bənzər bir ruh hökm sürür, prezident Vladimir Putinin rejimi sabit, hətta sarsılmaz görünür. Lakin keçmişdə olduğu kimi, daha diqqətli baxış bu zirehdə bir sıra çat və yarıqları açıb göstərir.

Son bir neçə ildə Rusiya bir çox istiqamətdə geriləyib. 1990-cı illərdə Rusiya faktiki olaraq hər şeyə icazə verilmiş məkan idi. Moskvada liberaldan tutmuş stalinçilərə qədər müxtəlif yönlü 20 gündəlik qəzet nəşr olunurdu. Bu gün Rusiyada vətəndaş cəmiyyəti ciddi şəkildə boğulub, Moskvada televiziya izləmək – Kremlin nəzarət etdiyi 20 kanalı pultla bir-bir çevirməkdir.

1991-ci ildə Boris Yeltsinin dövlət başçısı kimi ilk addımlarından biri ilə köhnə KQB-ni bir neçə quruma bölməsi oldu, onun heyəti yarıya endirildi və büdcəsi kəsildi. Bu gün KQB-nin varisi – Federal Təhlükəsizlik Xidməti (FSB), Rusiyanın təhlükəsizlik aparatına, o cümlədən digər hüquq-mühafizə orqanlarının yüksək səviyyəli generallarını həbs etməklə, tam nəzarəti həyata keçirir.

Nəticədə, Stalin dövründən, istənilən vaxtdan daha güclü olan və Kremldən müstəqil sayılan vahid təhlükəsizlik xidməti mövcuddur.

İqtisadi cəbhədə də Rusiya geri addım atıb. 2003-cü ildə Rusiyanın özəl sektoru ölkənin ÜDM-nin 70%-ini istehsal edib. Dövlət sektoru bu gün ölkə məhsulunun böyük hissəsini istehsal edir, kiçik və orta ölçülü müəssisələri sıxışdırır və beş böyük dövlət bankı maliyyə bazarında üstünlüyə sahibdir.

Üstəlik, Putinin "de-offshoring" siyasəti 1990-cı illərin biznes liderlərinə elə tənzimləmələr qoyub ki, onların əksəriyyəti Rusiyada aktivlərini sataraq Londona və ya Monakoya köçürüblər. Bu tendensiya Rusiyanın hər hansı real mülkiyyət hüququnun yoxluğu ilə sürətlənib və Kremlə Rusiyanın zənginliyini iradəsinə uyğun azaltmaq imkan verib. Təəccüblü deyil ki, ÜDM-in illik artım proqnozları 1,5-2% səviyyəsində qalıb.

Rejim bu nümunəni dəyişdirmək istəyir. 2016-cı ilin mayında Putin iqtisadi islahat proqramlarını tövsiyə etmək üçün üç ekspert qrupuna müraciət edib: sabiq maliyyə naziri Aleksey Kudrinin rəhbərlik etdiyi liberal qrup; iqtisadiyyat naziri Maksim Oreşkinin başçılıq etdiyi texnokratik qrup; Putinin biznes ombudsmanı Boris Titovun rəhbərliyi ilə daha çox statist “Stolıpin” Klubu.

Hər bir qrup ekspert hesabatlarının minlərlə səhifəsini tərtib edib.

Ancaq qanunun aliliyinə hörmət edən hər hansı bir dəyişiklik Putin rejiminin kleptokratik xarakterinə uyğun gəlməyəcək, – əsl islahatın əngəli də budur. Beləliklə, üç qrupa verilmiş mandat sosioloqlar üçün “müalicədən” – onları müxalifətdən kənarda salmaqdan başqa bir şey deyil.

Kremlin mətbuat və məhkəmələr üzərində nəzarətini nəzərə alsaq, Putin dəyişikliyi əhatə etmədən, gələnilki prezident seçkilərində dördüncü müddətə seçiləcək. Ancaq zəfəri etibarlı hala gətirmək üçün Putin beyni dumanlı Rusiya əhalisini səsverməyə getməyə təşviq etməlidir. Deyilənə görə, Kremldəki qərargah rəisinin birinci müavini Sergey Kiriyenko Putin üçün 70%-lik iştirak hədəfləyir və təbii ki, bu səslərin hamısı Putinə verilməlidir.

Buna nail olmaq asan olmayacaq. 2016-cı ilin sentyabr ayında Dövlət Dumasına seçkilərdə qeydə alınmış seçicilərin yalnız 47.8%-i səsverməyə gedib.

Xatırladaq ki, ötən ay yerli seçkilərdə, təkcə Vladivostokda seçicilərin yalnız 13%-i iştirak edib.

Əgər seçicilər gələcək prezident seçkilərinə çıxacaqlarsa, real dəyişikliyin mümkün olacağına inanmalıdırlar. İrəli getmək üçün Putinin etibarlı rəqibə ehtiyacı var, nəinki Kremllə əlaqəli namizədlərə – kommunist Gennadi Zyuqanov, millətçi təlxək Vladimir Jirinovski və liberal Qriqori Yavlinski.

Putinlə görüşdükdən sonra namizədliyini elan edən sosialist Kseniya Sobçakona rəqib olacaq şəxs kimi görünə bilər. Ancaq seçici fəallığını təmin etmək üçün yalnız bir real seçənək var: antikorrupsiya kampaniyası fəalı və Kremlin tənqidçisi Aleksey Navalnı.

2013-cü ilin sentyabrında, Navalnı Moskva bələdiyyə başçılığına namizəd olarkən, o, 27% səs aldı. Lakin müstəqil “Levada Mərkəzi”nin ekspertlərinə görə, Moskvada Navalnıya güclü dəstəyə baxmayaraq, bu gün o, daha çox səs qazana bilməyəcək.

Bununla yanaşı, bəzi Kreml məsləhətçiləri Navalnını “ehtiyatda saxlayırlar”.Onu milli telekanallardan uzaq tuturlar. Həm də görünür, Navalnının 100 şəhərdə 10 minə qədər insanla geniş kampaniya aparmasına icazə verilmişdi.

Putinin çevrəsindəki başqa şəxslər bu il dördüncü dəfə Navalnını həbsə qapatmağa üstünlük verəcək – Kremlin nüfuzunu zədələyə bildiyindən bu, sürpriz olmayacaq. Məsələn, keçən mart ayında Navalnı korrupsiya ilə bağlı 50 dəqiqəlik sənədli film hazırlayıb. Baş nazir Dmitri Medvedevin altı saray və iki üzüm bağı üçün 1,3 milyard dollar rüşvət aldığını ortaya qoyub. Film “YouTube”-da təxminən 25 milyon izləyici toplayaraq, Medvedevin siyasi karyerasını təsirli bir şəkildə öldürüb.

İndi Putin Medvedevi kiminlə əvəz edəcəyi barədə düşünməlidir. Keçmişdə o, həmin mövqeyə sadiq şəxs qoyub və onun çoxsaylı mümkün namizədləri var, məsələn, olduqca səmərəsiz olan "Qazprom" sədri Aleksey Miller. İndi əsas məsələ növbəti baş nazirin Putin və ya “FSB” ilə daha yaxın əlaqəli adamın olub-olmamasıdır.

Rusiyanın bir çoxu zəngin iş adamı artıq “FSB” qorxusundan vətənindən qaçıb. İndi Rusiyada başqa bir istefa dalğası görünə bilər və Kremlə yaxın olanlar Putinin artıq onları qoruya bilməyəcəyindən ehtiyatlanır. Putin növbəti prezidentlik müddətini təmin edə bilər, ancaq hətta hökmdarını qane etməyən rejim çətin ki sonadək ayaq üstə dik duracaq.

 

Tərcümə: Strateq.az




Ana səhifəyə qayıt        Baxış: 679          Tarix: 20-10-2017, 16:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma