Con Kester
“Foreign Policy” (ABŞ)
Əvvəllər ABŞ-da təlim keçmiş Əfqanıstan hərbi personalının, təxminən, 13 faizi fərarilik edib.
Bu il də əfqan pilotları Alabama ştatının Fort Raker şəhərində "Black Hawk" helikopterlərində təlimə başlayanda, ABŞ hərbi birləşmələri iki müşküllə üzləşəcəklər: əfqanlar texnikanı havaya qaldıra bilməyəcək və amerikalı hərbçilərlə əməkdaşlıq etməyəcəklər.
Əfqanıstanın Yenidən Qurulması üzrə Xüsusi Müfəttişliyin (SIGAR) hesabatına əsasən, keçən il ABŞ-da təlim keçən 10 əfqan hərbçisi məzuniyyət izni olmadan bazadan çıxaraq fərarilik edib.
Hesabatda deyilir ki, 2005-ci ildən ABŞ-da təhsil alan əfqan hərbçilərinin, təxminən, 6 faizi – 152 nəfər fərarilik edərək hərbdən ikiqat qaçış rekordu qırıb.
"Əfqanıstanda çoxları hərbçi və ya polis olmaq üçün heç bir motivasiyaya malik deyil. Bu, sadəcə yeganə real iş yeri və gəlir mənbəyidir", – Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Əfqanıstan üzrə ekspert Entoni Kordesman bildirib.
Kordesmanın fikrincə, qeyri-düzgün ödəniş, "ailə öhdəlikləri" və itkilərin çoxalması onları qaçmağa sövq edir. Polis, hərbi qüvvələrə nisbətən, daha az dərəcədə "evdən uzaqlaşır". Ona görə də, onların durumu nisbətən yaxşıdır.
2005-ci ildən etibarən ABŞ-da təlim keçən ümumən 320 xarici hərbi kursantın, demək olar ki, yarısını əfqanlar təşkil edib. Digər ölkələrin kursantları ilə birgə onların 1 faizi naməlum istiqamətdə yoxa çıxıb.
“Fox News”, ABŞ Hava Qüvvələri bazasından itkin düşən 17 əfqan kursant haqqında məlumat verəndən sonra Əfqanıstan hərbçiləri arasında fərariliyin miqyası ictimaiyyətə bəlli olub. Problem o qədər böyüyüb ki, pilotları ABŞ-a göndərən Əfqanıstan Daxili İşlər Nazirliyi onların ailə üzvlərini qayıtma "zəmanəti" kimi girov götürmə siyasətini tətbiq edib.
Pilot hərbi təlimdən qaçdıqda, ailə üzvü Əfqanıstan səlahiyyətliləri tərəfindən nəzarətə alınır. 2009-cu ildə nəzərdən keçirilən memorandumda Daxili İşlər Nazirliyinin bir pilotunun 2009-cu ilin ortalarında fərarilik etdiyi göstərilib.
"Onun atası “zamin” kimi həbsə atılıb", – deyə memorandumda qeyd olunur.
Əvvəlki illərdə “zəmanət” tələbi olunmurdu. Bəs hazırda əfqanları fərarilik etməyə nə məcbur edir?
“Taliban” qorxusu, korrupsiya və işlərinə görə qorxu.
Artıq beş kursant təlimdən sonra Əfqanıstana qayıtmaqdan qorxduqlarını söyləyib.
Həyatını təhlükəyə atan yalnız kursantlar deyil – Əfqanıstanda qalan ailələri də “Taliban” təhdidlərindən narahatdır.
SIGAR-ın hesabatına əsasən, ən azı bir kursant ABŞ-da təlim keçdiyinə görə ailəsinin “partizanlar”ın hücumuna məruz qaldığını bildirib. Digər kursantın sözlərinə görə, ailələri "təhlükəli məktublar və ya telefon zəngləri" alıb.
Bəzi kursantlar Əfqanıstan Milli Ordusunu tərk etdiklərini bildirdikdən sonra köhnə işlərinə geri qayıtmaq istəyiblər. Əfqanıstanın hərbi siyasəti kursantların əvvəlki işlərini qayıdacaqlarını və ya aldıqları vəzifələrin hər hansı bir şəkildə ABŞ təliminə aid olacağına zəmanət vermir.
"İnsanlar bütün sistemi korrupsiya kimi qəbul edərkən, təşviq, ödəmə və ya gücdən səmərəli istifadə baş vermir. Çünki liderlərin öz siyasi və ya maliyyə məqsədlərinə xidmət etdiyini görürlər. Buna görə də, fərariliyi dayandırmaq çətindir", – Kordesman deyir.
Tərcümə: Strateq.az
Paylaş: