Xəbər lenti

 ABŞ Müdafiə naziri Ceyms Mettis və Prezident Donald Trampa Afrikaya yerləşmək istəyən İŞİD terrorçularına qarşı mübarizə ilə bağlı təkliflər veriləcək.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Baş Qərargah rəisi general Cozef Danford söyləyib.

“Afrikaya əlavə döyüşçülərin göndəriləcəyini söyləmək hələ tezdir. Rakka və Mosulun İŞİD-in əlindən çıxdıqdan sonra bizim fikrimizcə özünün Afrikadakı mövcudluğunu gücləndirməyə cəhd edəcək. Biz həmçinin Liviyanın onlar üçün nə dərəcədə önəm kəsb etdiyini də bilirik” – deyə o bildirib.




Ana səhifəyə qayıt        Baxış: 587          Tarix: 24-10-2017, 09:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma