Xəbər lenti

ABŞ Konqresinin Nümayəndələr Palatası İrana qarşı yönəlmiş tədbirlər paketi çərçivəsində Livanın "Hizbullah" hərəkatı ilə bağlı da sanksiyaların tətbiq edilməsi üzrə qanun layihəsini təsdiq edib.

"Report" "The Hill" nəşrinə istinadən xəbər verir ki, sənədə əsasən, sanksiyalar "Hizbullah"a hərbi və ya maliyyə yardımı göstərən, həmçinin mülki şəxsləri canlı sipər kimi istifadə edən ayrı-ayrı şəxslər və xarici hökumətlərə şamil ediləcək.

Bundan əlavə, Avropa İttifaqına "Hizbullah" hərəkatını tam olaraq terror təşkilatı kimi tanımaq üçün çağırışın yer aldığı qanun layihəsi qəbul olunub.




Ana səhifəyə qayıt        Baxış: 636          Tarix: 26-10-2017, 12:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma