Xəbər lenti

Fransa əyaləti müstəqillik referendumu keçirəcək

Daha bir əyalət özünün müstəqilliyini elan etməyə hazırlaşır.

Publika.az xəbər verir ki, Fransa hökuməti Yeni Kaledoniya əyalətinin müstəqillik referendum keçirməsinə razılıq verib. Bu barədə ölkənin baş naziri Eduar Filipp məlumat verib. O qeyd edib ki, aralarında etibar yaranıb:

“Referendum barədə siyasi razılıq əldə etsək də, hələ bir çox məsələlər öz həllini tapmayıb”.

Referendumun dəqiq tarixi bəlli olmasa da, 2018-ci ildə baş tutacağı deyilib.

Xatırladaq ki, Yeni Kaledoniya əyaləti Fransanın Sakit okeanın cənub-qərb hissəsində yerləşən xüsusi inzibati ərazisidir. Onun əhalisi 245 min nəfərdir..




Ana səhifəyə qayıt        Baxış: 565          Tarix: 3-11-2017, 16:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma